İtki təxliyəsi, həmçinin itki evakuasiyası, tələfat təxliyəsi, tələfat evakuasiyası, yaralı təxliyəsi və ya yaralı evakuasiyası — döyüş bölgəsindən ölü və yaralıların təcili formada təxliyə edilməsini nəzərdə tutan hərbi termin.[1]
İtki təxliyəsi və tibbi evakuasiya (MEDEVAC) arasındakı əsas fərq ikincidə yolda qayğı göstərən standartlaşdırılmış və ixtisaslaşmış avtomobildən istifadə edilməsidir.[2] İtki təxliyəsində standartlaşdırılmamış və qeyri-spesifik avtomobillərdən istifadə edilir. Bu zaman yolda texniki xidmət göstərilməyə bilər.[3]