Xəstəxana gəmisi

Xəstəxana gəmisi — Əsasən hərbi məqsədlər üçün istifadə olunan və daxilində müxtəlif növ tibbi xidmətlərin göstərildiyi gəmi növü. Xəstəxana gəmiləri döyüş bölgələrinə yaxın sularda hərəkət etməklə yaralanmış şəxslərə mobil tibbi yardımlar göstərilməsi üçün istifadə olunur. Xəstəxana gəmilərinə atəş açmaq və ya onları qəsdən batırmağa cəht göstərmək hərbi cinayət sayılır.

Xəstəxana gəmisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ABŞ hərbi donanmasına məxsus USNS Mercy xəstəxana gəmisi. Haaqa müqaviləsinə əsasən USNS Mercy gəmisinə atəş açmaq və ya batırmağa cəht göstərmək hərbi cinayət hesab olunur.

Haaqa müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Haqqa müavilələrində xəstəxana gəmiləri ilə bağlı bir necə müddəalar mövcuddur.

  • Xəstəxana gəmiləri kənardan tibbi məqsədlər üçün bir gəmi olduğunu rahat görmək üçün ağ və qırmızı rəngdə boyanmalı;
  • Hər bir ölkənin vətəndaşlarına, sorğu-sual edilmədən tibbi xidmət göstərməli;
  • Heç bir halda hərbi məqsədlər üçün istifadə olunmamalı;
  • Heç bir halda düşmən gəmiləri ilə döyüşə girməməli və ya onlara mane olmamalı;