İtte Detenamo (22 sentyabr 1986) — Naurunu +105 kq çəki dərəcəsində beynəlxalq yarışlarında təmsil edən kişi ağır atletdir.
İtte Detenamo | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İtte Detenamo |
Vətəndaşlığı | Nauru |
Doğum tarixi | |
Boyu | 175 sm |
Çəkisi | 140 kq |
İdman növü | Ağır atletika |
Ağırlıq dərəcəsi | +105 kq |
Komandası | Milli komanda |
17 dekabr 2016 tarixində yenilənib. |
Detenamo Naurunu Afinada təşkil edilən 2004 Yay Olimpiya Oyunlarında təmsil etmiş və +105 kq çəki dərəcəsində 14-cü yeri tutmuşdur.[1] O, 2006-cı il Birlik Oyunlarında bürünc medal qazanmışdır. 2007 Sakit okean Oyunlarında 3 qızıl medal əldə etmişdir.[2]
Detenamo Naurunu Pekində təşkil edilən 2008 Yay Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı idi.[2] O, super ağır çəki dərəcəsində ümumilikdə 386 kq qaldıraraq öz şəxsi rekordunu yenilədi.[3]