Nauru

Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də VatikanTuvaludan sonra ən az əhaliyə malik dövlətdir.

Nauru
Repubrikin Naoero
Republic of Nauru
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
God’s Will First
Tanrının iradəsi hər şeydən vacibdir
Himn: Nauru Bwiema
Nauru nəğməsi
Rəsmi dilləri
Paytaxt Rəsmi paytaxtı yoxdur (de-fakto: Yaren)
İdarəetmə forması Parlamentli respublika
Prezident Lionel Ainqimea
Parlament spikeri Markus Stepen
Sahəsi Dünyada 240-cı
 • Ümumi 21 km² km²
Əhalisi
 • Əhali 11,000 nəfər (226-cı)
 • Siyahıyaalma (2002) 10 065 nəf.
 • Sıxlıq 455 nəf./km²
 • Ümumi 145.536.603 $[2], 150.922.211 $[2]
ÜDM (AQP)
 • Ümumi 60 mln $ dollar  (223-cü)
 • Adambaşına 5 000 $ dollar  (158-ci)
Valyuta Avstraliya dolları
İnternet domeni .nr
ISO kodu NR
BOK kodu NRU
Telefon kodu +674[3]
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nauru ilk olaraq ən az 3000 il əvvəl MikroneziyaPolineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfatkalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə mövcuddur və bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir.Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir. Ada mərcan rifi ilə əhatə olunub hansıki adada bir dəniz limanının yaradılmasına imkan vermir. Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür. Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).

N Bölgə Ərazi, ha Əhali (2011) Sıxlıq

Nəfər/ha

Yaşayış

məntəq

ələrinin

sayı

1 Ayvo 1 1,220 11.1 8
2 Anabar 1 452 3.0 15
3 Anetan 1 587 5.9 12
4 Anibar 310 226 0.7 17
5 Baitsi 120 513 4.3 15
6 Boe 50 851 17.0 4
7 Buada 260 739 2.8 14
8 Denigomodu 118 1,804 15.3 17
9 Eva 120 446 3.7 12
10 Iyuv 110 178 1.6 13
11 Meneng 310 1,380 4.5 18
12 Nibok 160 484 3.0 11
13 Uaboe 80 318 3.0 6
14 Yaren 150 747 4.0 7
Nauru 2,120 10,084 4.8 169

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Nauru Anibar körfəzi
Nauru Parlament binası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. Vikisəyahət. 2006.
  4. http://chartsbin.com/view/edr.