İttifaqlar evi

İttifaqlar evi
rus. Дом Союзов
Ölkə Rusiya
Şəhər Moskva
Yerləşməsi Mərkəzi inzibati dairə, Tver rayonu, Böyük Dmitrovka küçəsi, ev 1.
Koordinatları 55/45/31.8/N/37/36/59/E
Memarlıq quruluşu klassisizm
Sayt Rəsmi sayt

İttifaqlar evi (rus. Дом Союзов) — Moskvada rus klassisizmi üslubunda tikilmiş (1775-ci ilədək, memar M. F. Kazakov) ictimai bina.

Bina 1784–1790-cı illərdə genişləndirilmiş, Korinf sırasütunlu məşhur Sütunlu salonu (sahəsi 24,8 m., x 39,5 m., hündürlüyü 14,5 m.) tikilmişdir. Salon qızıl suyuna çəkilmiş büllur çilçıraqlar və pəncərə formalı güzgülərlə bəzədilmişdir. Əvvəllər dvoryan yığıncaqları üçün istifadə edilimişdir. Oktyabr inqilabından sonra bina həmkarlar ittifaqlarına verilmişdir. Burada Kominternin, Kommunist Gənclər İnternasionalının konqresləri, ümumittifaq müşavirələri keçirilmiş, konsertlər, yığıncaqlar, ədəbi-bədii tədbirlər təşkil edilmişdir. İttifaqlar evinin Sütunlu salonunda Sovetlərin, həmkarlar ittifaqlarının qurultayları, Moskva şəhər və vilayət partiya təşkilatlarının konfransları, yazıçı və bəstəkarlar ittifaqlarının qurultayları və s. keçirilmişdir. 1918–1922-ci illərdə V. İ. Lenin burada 40 dəfədən artıq çıxış etmişdir. 1924-cü il yanvarın 23–27-də V. İ. Leninlə İttifaqlar Evinin Sütunlu salonunda vidalaşma mərasimi təşkil olunmuşdur. Sovet İttifaqının və beynəlxalq kommunist hərəkatının vəfat etmiş görkəmli xadimləri ilə son vida mərasimi çox vaxt Sütunlu salonda keçirilmişdir. 1978-ci ildə İttifaqlar evində bərpa işləri görülmüşdür.

  • Иттифаглар еви // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 21.