İvan Şodoyev

İvan Vasilyeviç Şodoyev (rus. Иван Васильевич Шодоев, 25 sentyabr 1914dekabr 2006[1]) — Altay yazıçı və jurnalisti, Altay Respublikasının Xalq yazıçısı.

İvan Vasilyeviç Şodoyev
Təxəllüsü İvan Şodoyev
Doğum tarixi
Doğum yeri Ust-Kan aulu, Biysk qəzası, Tomsk quberniyası, Rusiya
Vəfat tarixi (92 yaşında)
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti Altay türkü
Fəaliyyəti şair, yazıçı, jurnalist
Fəaliyyət illəri 1933-2006
Əsərlərinin dili Altayca, rusca
Janrlar şeir, hekayə, povest, tarixi roman, pyes, oçerk
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

İvan Vasilyeviç Şodoyev indiki Dağlıq Altay Respublikasının Biysk qəzasının Ust-Kan aulunda kəndli ailəsində anadan olmuşdur. O, dövrün əksər gəncləri kimi, əmək fəaliyyətinə erkən başlamışdır. Artıq 14 yaşından komsomol işinə cəlb olunmuşdur.[2]

1931-ci ildə orduya çağrılmış, xidmətdən sonra əvvəlcə regional "Oyrottın Komsomolı", sonra "Qızıl Oyrot" qəzetində çalışmışdır. Daha sonra Yaboganski zavodunun komsomol təşkilatının katibi işləmiş, "Jarlıkçı" qəzetinin redaktoru olmuşdur. Onun yaradıcılıq istedadı bu dönəmdə formalaşmışdır.

Gələcək yazıçı bir müddət "Natsmen" kolxozunun komsomol təşkilatının katibi vəzifəsində çalışmış, Odessada Uşaq Kommunist Hərəkatı məktəbində oxumuşdur. İvan Şodoyev daha sonra çoxtirajlı "Komsomol Oirotii" qəzetinin (sonralar - "Krasnaya Oyrotia", ardınca - "Altaidın Çolmonı") redaktoru olmuşdur.

İkinci Dünya müharibəsinin başlamasıı ilə İvan Şodoyev cəbhəyə çağırılmışdır. Döyüşdə fərqləndiyinə görə, bir neçə hərbi mükafata və on səkkiz yara almış baş leytenant rütbəsi ilə doğma kəndinə qayıtmışdır. Müalicə olunduqdan sonra Ust-Kan rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri və regional partiya məktəbində oxuduqdan sonra - "Altayidın Çolmonı" qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir. Daha sonra Ulagan rayon icraiyyə komitəsinin sədri, və regional icraiyyə komitəsi sədrinin müavini təyin edilmişdir. Dəfələrlə rayon və regional şuraların deputatı seçilmişdir.

İvan Şodoyev 1957-ci ildə SSRİ Jurnalistlər Birliyinin, 1969-cu ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. 1974-1976-cı illərdə Dağlıq Altay Respublikasının Yazıçılar Birliyinin məsul katibi vəzifəsində çalışmışdır.

İvan Şodoyev 2006-cı ilin dekabrında ömrünün 93-cü ilində vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İvan Şodoyev bədii yaradıcılığa uşaq hekayələri, nağıllar, xalq əfsanələrinin və rəvayətlərinin qələmə alınması ilə başlamışdır: "Koyonok", "Al-tyn Sume", "Bilirsinizmi?", "Irbizek", "İlk addımlar", "Karas" və s.

İvan Şodoyev sonrakı yaradıcılıq axtarışlarında real faktlara və hadisələrə arxalanaraq orijinal əsərlər yaratmışdır. Onun əsərləri milli tarixin dönüş nöqtələrini əks etdirir. Altay dilində iyirmidən çox bədii əsər, bir çox oçerk, publisistik məqalələr onun qələminə məxsusdur.

Yazıçının ilk romanı olan “Çətin illər” («Кызаланду jылдар») 1967-ci ildə nəşr olunmuşdur. Roman Altay xalqının XVII əsrdə Cungar hökmranlığına qarşı apardığı mübarizəyə həsr olunmuşdur, qəhrəmanları xalqın çoxəsrlik yaddaşında qorunub saxlanan əsl tarixi şəxsiyyətlərdir. Roman Altay xalqı arasında popul-yarlıq qazanmış və üç dəfə (1967, 1972, 1984) yenidən yayınlanmışdır.

“Dan işığında” («Тан алдында») romanı Dağlıq Altayda vətəndaş müharibəsindən və Sovet hakimiyyətinin qurulmasından bəhs edir. Romanın qəhrəmanları Ust-Kan kəndində yaşamış real insanlardır. Doğma kənd tarixindəki bu çətin dövr həmçinin "Keçdiyim yolun xatirələri" və "Qırmızı komendant" povestlərində avtobioqrafik cizgilərlə təsvir olunur.

Ağır müharibə həyatının təsviri yazıçının "Ölümü aşmaq" və "Əsgər yolları" adlı avtobioqrafik povestlərdə bədii əksini tapmışdır. İkinci əsərdə Dünya müharibəsinin iştirakçısı, cəbhədə qəhrəmanlıqla vuruşan, müharibədən sonra çoban işləyən Boxtin Atratın həyatından bəhs edir. “Kemley xəzinəsi” («Кемлейдин эрjинизи») povesti Ust-Kan vilayətinin Sosialist Əməyi Qəhrəmanı Toedov Delmek Toedoviçə həsr edilmişdir.

“Kaçuk” (“Katerina”) povestini sevimli həyat yoldaşı Yekaterina Grigoriyevnaya həsr etmişdir.

İvan Şodoyev 2004-cü ildə Altay Respublikasının Xalq Yazıçısı adına layiq görülmüşdür.

İvan Şodoyevin bütün yaradıcılığı doğma yurduna və xalqına olan məhəbbətlə doludur. Yazıçının əsərləri Altay tarixini izləmək üçün zəngin material verir. Buna görə də o, haqlı olaraq Altay tarixi nəsrinin banisi hesab edilir.

  • “Qırmızı Ulduz” ordeni
  • “Şərəf Nişanı” ordeni (iki dəfə)
  • I Dərəcəli Vətən Müharibəsi ördeni (1985)
  • Dağlıq Altayın Fəxri vətəndaşı (1987)
  • Altay Respublikasının Xalq yazıçısı (2004)
  • Кызалаҥду јылдар=Грозные годы : роман на алтайском языке / И.В Шодоев. - 4-е изд. - Горно-Алтайск : Горно-Алтайское кн. изд-во, 1999. - 230 с.
  • Таҥ алдында=На рассвете : роман на алтайском языке / И.В Шодоев. - Горно-Алтайск : Горно-Алтайское кн. изд-во, 1999. - 200 с.
  • Келейдиҥ эрјинези = Сокровище Кемлея: рассказы на алт. яз. / И. В. Шодоев. - Горно-Алтайск : Горно-Алт. отд. Алт. кн. изд-ва, 1987. - 184 с
  • Алтын-Сӱме: сказки на алтайском языке / И. В. Шодоев ; худож. М. П. Чевалков. - Горно-Алтайск : Горно-Алтайское кн. изд-во, 1959. - 24 с.
  • Кызалаҥду јылдар=Трудные годы: роман на алтайском языке / И. В. Шодоев. - 3-е изд. - ГорноАлтайск : Горно-Алт. отд. Алт. кн. изд-ва, 1984. - 277 с.
  • Качук : повесть на алтайском языке / И. В. Шодоев. - Горно-Алтайск : Горно-Алт. отд. Алт. кн. изд-ва, 1989. - 112 с.
  • Ӧткӧн јолымнаҥ. Воспоминания : на алтайском языке / И. В. Шодоев. - Горно-Алтайск : Книжное изд-во "Юч-Сюмер" Республики Алтай, 1995. - 168 с.
  • Литературы народов России: XX в.: словарь / Н. С. Надъярных. – М.: Наука, 2005. – С. 49. – 365 с. – ISBN 5-02-010208-3.
  • Кто есть кто в республике Алтай. Выпуск первый. Горно-Алтайск. ИП «Альтернатива». 1997. – 304 с. – С. 260-261.