Altay Respublikası

Altay Respublikası (/ˈælt/, rus. Респу́блика Алта́й, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rʲɪˈspublʲɪkə ɐlˈtaj]]], Алтай Республика, Altay Respublika[1]) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan oquz türklərinin boyundan olan etnik qruplar yaşayıb

Altay Respublikası
Алтай Республика
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
50°55′ şm. e. 86°55′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 8 fevral 1992
Sahəsi
  • 92.903 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 220.934 nəf. (1 yanvar 2021)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 04
Digər
altai-republic.ru
Altay Respublikası xəritədə
Altay Respublikası
Altay Respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır. Altay versiyası adlanan və daha çox sovet tarixşünaslığının yetişdirmələri tərəfindən dəstəklənən I versiyaya görə türklərin ana vətəni Altaydır. Ön Asiya versiyası adlanan və daha gənc olan II versiyaya görə isə türklərin ana vətəni Ön AsiyaMesopotomiyaUrmiya gölü arasındakı ərazidirtürklər Altaya təxminən e.ə VI–V minilliklərdə gəlmiş, bir hissəsi burda məskunlaşmış, digər hissəsi isə (bəzi müəlliflərə görə şumerlər, bəzilərinə görə skif saklar) geri dönmüşdür. Günümüzdə Altay türkləri Altayqızı, Teleut, Kuman, Çalxan, Şor və bir neçə başqa kiçik tayfalardan təşkil olunmuş azsaylı xalqdır.

Altay ərazisində Aşağı Paleolit (Ulalinka mağarası və s.), Mustye (Ust-Kanskaya mağarası və s.), Mezolit (Ust-syomin mədəniyyəti), Neolit (Ortakatun mədəniyyəti) dövrlərinə aid düşərgələr, həmçinin Tunc dövrünə aid Afanasyev və Qaraqol mədəniyyətləri abidələri, Erkən Dəmir dövrünə aid skif-Sibir (o cümlədən Pazırık mədəniyyəti) tipli kurqanlar aşkar olunmuşdur. E.ə. 3-cü əsr – eramızın 1-ci əsrində Altay Hun imperiyasının tərkibinə daxil idi. Bu dövrə aid yaşayış məskənləri Yustıd ərazisində aşkar edilmişdir. 4-cü əsrin sonu-6-cı əsrin ortalarında jujanlara, 6–8-ci əsrlərdə Göytürk xaqanlığına, sonralar isə UyğurQırğız xaqanlıqlarına tabe olmuşdur. 8-ci əsrdən başlayaraq Altayda maniçilik yayılmağa başlamışdır. 13-cü əsrin əvvəllərindən Altay Monqol imperiyasının tərkibinə qatılmışdır. 15-ci əsrin ortalarından Cənubi Altay əhalisi oyratların təsiri altına düşmüş, Şimali Altayda yaşayanlar (kumandinlər, tubalar, çelkanlar) xakas qırğızlarına və Altay teleutlarına tabe olmuşlar.

17-ci əsrin sonlarında onların hamısı Rusiya imperiyasının təbəəsi olmuşdur. Altay ərazisi Sibir quberniyası (1756–79), Kolıvan vilayəti (1779–83), Kolıvan quberniyası (1783–96), Tobolsk quberniyası (1796–1804) və Tomsk quberniyasının tərkibində olmuşdur. Tomsk quberniyasının tərkibindən Altay quberniyası (1917–25) ayrılmışdır. 1918-ci ildə Ulala kəndində çağırılmış qurultayda Dağlıq Altayın Biysk qəzasının tərkibindən çıxması haqqında qərar qəbul edilmişdir.

1919-cu ildə Qırmızı Ordu Ulala kəndini tutduqdan sonra Dağlıq Altay RSFSR-in tərkibinə qatıldı. 1922-ci il 1 iyun tarixində Altay türklərinə milli muxtariyyət verilmiş və Altay vilayətinin tərkibində Oyrat Muxtar vilayəti yaradılmışdır. 1932-ci il vilayətin adı dəyişdirilərək Oyrot, 1948-ci il 7 yanvar tarixində Dağlıq Altay Muxtar Vilayəti, 1991-ci il tarixindən etibarən isə ərazidə Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası (ASSR) yaradılmışdır. 1992-ci ilin fevral ayından RF-nin tərkibində Dağlıq Altay Respublikası adlandırılmış, həmin ilin may ayından indiki adı qəbul edilmişdir.

Respublikanın ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk etnik qrupları məskunlaşmışlar və hazırda respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük müqavimətinə rast gəlmiş, yalnız 1860-cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar tərəfindən işğal edildikdən sonra yaşama yararlı düzən və bərəkətli torpaq ərazilərində ruslar məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır.[2]

Dövlət hakimiyyəti orqanları

[redaktə | mənbəni redaktə et]

Altay Respublikasının Konstitusiyası 1997-ci ildə qəbul olunmuşdur. Dövlət hakimiyyətini respublika başçısı, Dövlət yığıncağı – El Qurultayı (parlament), hökumət və respublika Konstitusiyasına uyğun təşkil edilən digər dövlət hakimiyyəti orqanları həyata keçirir. Respublika başçısı – RF Prezidentinin təqdimatı ilə Dövlət yığıncağının səlahiyyət verdiyi ən yüksək vəzifəli şəxsdir; icraedici hakimiyyətə rəhbərlik edir və eyni zamanda hökumətin sədridir. Dövlət yığıncağı ali qanunverici orqandır; 4 il müddətinə seçilən 41 deputatdan ibarətdir. Ali icraedici orqan respublika başçısı tərəfindən formalaşdırılan hökumətdir.[2]

İnzibati idarəetmə

[redaktə | mənbəni redaktə et]

Altay Respublikasının adminstrativ, teretorial və bələdiyyə əraziləri Altay respublikasının 12–15-ci qanunlarına əsasən 1999-cu il 2 iyun tarixindən etibarən Qurultay adlanan Dövlət Assambleyası tərəfindən idarə edilir. İnzibati vahidləri rayon, kənd soveti, dyuçina, qəsəbə və şəhərdir. İnzibati quruluşda hər hansı dəyişiklik Qurultayın qərarına əsasən edilir və daha sonra təsdiqlənmək üçün Rusiya Federal İnzibati İbadrəetmə Mərkəzinə göndərilir.

  • Dağlıq — Altay – 53.538 nəfər (2002-ci il siyahıya almasına əsasən)[3]

8 rayonu var.

Beluxa dağı

Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası, Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Respublika ərazisinin 25 faizini meşə sahələri tutur. Respublikanın ərazisi 92,600 km² — dir. Altay respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastıAltay vilayəti ilə həmsərhəddir. Respublikanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Bu səbəbdən də normal səviyyəli yollar ölkə ərazisində olduqca azdır. Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m hündürlüyü olan Beluxa dağıdır.

Şavlo gölü

Respublika ərazisində 20 mindən artıq kiçik çay və çay qolu vardır ki, bunların da çoxu ObYenisey çaylarının qollarıdır. Respublikanın ən böyük çayları Xatun və Biya çaylarıdır. Hər iki çay dağ və yeraltı sulardan qidalanır. Hər iki çay Sibirin ən böyük çaylarından biri olan Ob çayına tökülür. Xatun çayı həm də yerli əhali, eləcə də burda məskunlaşan kiçik etnoslar üçün dini əhəmiyyət daşıyır. Altay folkloruna görə Beluxa dağında mistik Şambala ölkəsinə açılan qapı yerləşir.

Qara Biya çayının mənbəsi olan Telet gölü həm də regionun ən böyük gölüdür. Zümrüd rəngli Xatun çayı isə öz mənbəsini Beluxa dağında yerləşən Gəblər buzlaqlarından götürür.

Ölkə ərazisində yerləşən ən böyük göl, 80 km (50 mil) uzunluğu və və 5 km (3 mil) dərinliyi olan Telet gölüdür. Gölün sahəsi 230.8 kv. km-dir. Ümumiyyətlə Altayın dağ gölləri böyük şirin su ehtiyatına malik olmaqla nəinki Altay bölgəsi, eləcə də bütün Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Təkcə Telet gölü təxminən 40 kub km şirin su ehtiyatına malikdir.

Potensial yeraltı su ehtiyatı isə 22 mln kub m kimi dəyərləndirilir və bu rəqəmin gələcəkdə 44000 kub m də artacağı gözlənilir.

Altay respublikasının ən nəzərə çarpan coğrafi özəlliyi dağlıq ərazidə yerləşməsidir. Respublika, Altay dağ silsiləsinin Rusiya Federasiyası ərazisinə düşən hissəsində yerləşir. Altay dağ silsiləsi respublika ərazisindən keçərək Qazaxıstan, Monqolustan və ÇXR ərazisinə qədər gedib çıxır. Regionda dağlıq ərazilər üçün xas olan yüksək seysmik aktivlik var və bu ərazi landşaftının müntəzəm dəyişməsinə gətirib çıxarır.

Su resursları respublikanın ən mühüm təbii resurslarındandır. Müalicəvi əhəmiyyətə malik mineral və isti sular yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Həmçinin Altay buzlaqları böyük şirin su ehtiyatına malikdir. Rspublika ərazisindəki ən böyük buzlaqlar Bolşoy Taldurinski (35 km²), Mensu (21 km²), Sofiyski (17 km²) və Bloşoy Maaşey (16 km²) buzlaqlarıdır.

Respublika ərazisindəki mineral resurslara həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da daxildir. Respublikaının ən böyük şəhəri olan və Altay vilayətinin qonşuluğunda yerləşən Barnaul şəhəri Altay bölgəsinin ən böyük sənaye mərkəzi olmaqla müxtəlif faydalı qazıntıların istehsalı sahələri üzrə ixtisaslaşmışdır.

Şimal Altay Respublikasında Xatun çayı

Əhalinin əksəriyyətini ruslar (57,4%; 2002), həmçinin altaylılar (30,6%), telengitlər (1,2%), tubalar (0,75%), kumandinlər (0,4%), çelkanlar (0,4%), qazaxlar (6%), ukraynalılar (0,7%) və almanlar (0,4%) təşkil edir.

2004-cü il əhalinin siyahıyaalınmasının nəticələrinə görə respublika əhalisi 203, 2 nəfərdir. Bunun da 53,538 (26.4%) şəhərlərdə məskunlaşmışdır. Əhalinin 47,6% — ni kişilər, 52,4% -ni isə qadınlar təşkil edir. Orta yaş həddi 30, 5 ildir.[2][4]

Aşağıdakı cədvəldə əhalinin siyahıya alınması illərindəki ümumi əhali sayı və şəhər əhalisinin sayı (portağal rəngində) göstərilib.

Ümumittifaq və ümumrusiya əhalinin siyahıya alınmalarının (1926–2010) məlumatına görə milli tərkib

Xalq 1926[5] 1939[6] 1959[7] 1970[8] 1979[9] 2002[10] 2010[11]
ruslar 51 812 (52,0 %) 114 209 (70,4 %) 109 661 (69,8 %) 110 442 (65,6 %) 108 785 (63,2 %) 116 510 (57,4 %) 114 802 (56,6 %)
altaylılar 35 601 (35,7 %) 39 285 (24,2 %) 38 019 (24,2 %) 46 750 (27,8 %) 50 203 (29,2 %) 62 192 (30,6 %) 68 814 (33,9 %)
qazaxlar 4 280 (2,6 %) 4 745 (3,0 %) 7 170 (4,3 %) 8 677 (5,0 %) 12 108 (6,0 %) 12 524 (6,2 %)
telengitlər 3 414 (3,4 %) 2 368 (1,2 %) 3 648 (altaylılar da daxil)
kumandılar 1 384 (1,4 %) 931 (0,5 %) 1 062 (0,5 %)
ukraynalılar 1 682 (1,0 %) 1 462 (0,9 %) 1 309 (0,8 %) 1 305 (0,8 %) 1 437 (0,7 %) 1 010 (0,5 %)
almanlar 1 113 (0,7 %) 637 (0,4 %) 720 (0,4 %) 903 (0,4 %) 700 (0,3 %)

Altay Respublikası təhsil səviyyəsinə görə digər Rusiya vilayətlərindən və muxtar respublikalarından geridə qalır. Ölkə ərazisində 204 məktəbəqədər müəssisə, 205 ümumtəhsil məktəbi, 29 əlavə təhsil ocağı, 5 orta ixtisas, 20 kollec, 7 peşə təhsili müəssisəsi (2004), Dağlıq Altay Dövlət Universiteti və Altay Dağ-Mədən Universiteti var. Altay Dağ-Mədən Universiteti 1993-cü ildə Pedaqoji İnstitutun bazasında yaradılmışdır və 3,5 min tələbə təhsil alır.[2]

Altay ərazisində Altay dilində inkişaf edən ədəbiyyat kökləri ilə qədim türk ənənələrinə bağlıdır. Altay yazısı Kiril əlifbası əsasında 19-cu əsrin ortasında yaransa da, Altay ədəbiyyatı 1930–40-cı illərdə meydana gəlmişdir. Banisi "Mübarizə" (1932), "Çeyneş" (1938) pyeslərinin, "Arbaçi" (1933) poemasının, "Aza Yalan" (1940) povestinin müəllifi, yazıçı və folklorşünas P. V. Kuçiyakdır. 20-ci əsrin 2-ci yarısında B. U. Ukaçin, İ. V. Şodoyev, A. O. Adarov, B. Y. Bedyurov və b. Altay mədəniyyətinin qaynaqları, müasir dünyada altayların mövqeyi mövzularında əsərlər yazmışlar.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Altay Respublikası daha çox kənd təsərrüfatı ölkəsi kimi tanınmışdır. Bununla belə ölkə ərazisində mühüm qida, kimya, ağır sənayə obyektləri də vardır. RF-nin Qərbi Sibir iqtisadi rayonuna daxildir. Dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini 4,2 dəfə üstələyir. RF subyektləri arasında heyvandarlığın yüksək paya malik olması ilə seçilir. Yerli türk əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Respublikasının ümumi məhsulunda kənd təsərrüfatı 20,2%, tikinti 12,4%, ticarət, əmtəə və xidmətlərin realizə edilməsi üzrə kommersiya fəaliyyəti 9,8%, sənaye 5,3%, nəqliyyat 1,9% paya malikdir (2002). İqtisadi fəal əhalisi 90 min nəfərdir. Məşğulluğun sahə üzrə strukturu: kənd təsərrüfatı 24% (RF-də 7-ci yer), təhsil 15,9%, ticarət və ictimai iaşə 11,8%, səhiyyə 9,1%, sənaye 7,3%, tikinti 5,7%. İşsizliyin səviyyəsi 11,5%-dir (RF üzrə orta səviyyədən 1,4 dəfə çox). Adam başına ortaaylıq pul gəliri 2,3 min rub. (RF üzrə orta səviyyənin 58,5%-i) təşkil edir. Əhalinin 37,8%-inin gəliri yaşayış minimumu məbləğindən aşağıdır. Kənd təsərrüfatı torpaqlarının sahəsi (ərazisinin təqribən 14%-i) 12,5 min km2-dən artıqdır; onun 80%-dən çoxunu otlaqlar, 11%-ini əkinlər təşkil edir. Kənd təsərrüfatının başlıca sahəsi heyvandarlıqdır. Davar (təqr. 500 min baş), mal-qara (137,6 min başdan çox) saxlanılır, ilxı atçılığı, yakçılıq, maralçılıq, arıçılıq inkişaf etmişdir. Hər il 28 tonadək konservləşdirilmiş maral buynuzu istehsal olunur. Taxıl, kartof, tərəvəz məhsulları yetişdirilir.

Altay Respublikası ərazisində qızıl, gümüş, mis, molibden, volfram, dekorativ daş və tikinti materialları çıxarılır. Energetika sahəsi zəif inkişaf etmişdir. Çemal SES, həmçinin ayrı-ayrı müəssisələrə məxsus bir neçə kiçik SES-lər fəaliyyət göstərir. Elektrik enerjisini Altay diyarından ("Barnaulenerji") alır. Əsas sənaye sahələri: yeyinti (sənaye məhsulları dəyərinin təxminən 30%-i); əlvan metallurgiya (26%-i); tikinti materialları sənayesi (təxm. 25%-i). Altayda ağac, maşınqayırma və metal emalı müəssisələri fəaliyyət göstərir; tikiş və toxuculuq məmulatları, keçə uzunboğaz çəkmələr, yun və quş tükü ilə doldurulan məmulatlar istehsal edilir. Sənaye istehsalı Dağlıq Altay, Maymin və Çoy rayonlarında cəmləşdirilmişdir.[2]

Yerli Altay əhalisinin ənənəvi dini şamanizmdir. Ölkə ərazisindəki etnik ruslar ortodoks xristian (pravoslav), qazaxlar sünni müsəlman, tibetlilər isə buddistdirlər. Ölkə ərazisində həmçinin xeyli miqdarda Yehova Şahidləri təriqətnin davamçıları vardır ki, bunların da əksəriyyətini yerli əhali təşkil edir.[2]

Mədəniyyət müəssisələri

[redaktə | mənbəni redaktə et]

Altay Respublkasında 378 mədəniyyət müəssisəsi, o cümlədən Respublika mənəvi mədəniyyət mərkəzi (1962), 3 muzey, 161 kitabxana, 187 klub tipli mədəniyyət müəssisəsi və s. fəaliyyət göstərir.[2]

Altay musiqi mədəniyyəti altaylıların, rus köçkünlərinin (köhnə təriqətli) və qazaxların şifahi xalq yaradıcılığı ənənələrini özündə ehtiva edir. 20-ci əsrin əvvəllərində bəstəkarlardan A. V. Anoxin və A. M. İlyin ilk dəfə Altay folkloruna aid nümunələri yazıya aldılar və 1920–30-cu illər də bu nümunələr əsasında ilk musiqi əsərlərini yaratdılar. Q. V. Tixomirov, A. P. Novikov, A. K. Stoyanov, B. M. Şulgin, V. Peşnyak, A. A. Tozıyakov tanınmış bəstəkar və folklorçulardır. 1990-cı illərdə peşəkar və özfəaliyyət kollektivlərinin çıxışları ilə müşayiət olunan "El-Oyın" xalq bayramı, boğaz ifası ustalarının "Dastançıların qurultayı" festival-müsabiqəsi geniş yayıldı. Qorno-Altayskda Dövlət Filarmoniyası (1990), Altay Respublikası Dövlət Orkestri (2003) fəaliyyət göstərir.[2]

Təsviri sənət

[redaktə | mənbəni redaktə et]

Ölkənin qədim təsviri sənəti çoxsaylı petroqliflər, qəbirüstü rəsmlər, Erkən Dəmir Dövrünə aid skif-Sibir "heyvani üslub"unda metal plastikası ilə təmsil olunur. Pazırık mədəniyyətinə aid kurqanlarda çatı sərdabələr, döymə şəkilli insan mumiyaları, geyimlər, xalçalar, keçədən, dəridən hazırlanmış qablar və s. dövrümüzədək qalmışdır. Xalq dekorativ sənətində (qadın geyimləri və naxışlı keçə xalçalar, basmanaxış dəri və ağac üzərində oymalar) bir çox qədim ənənələr indiyədək saxlanılmışdır. B. Kudaçinov, Y. Yudinov, Ç. Nazırov Altayın tanınmış bədii sənət ustalarıdır. 20-ci əsrin əvvəllərində peşəkar təsviri sənət (baniləri rəssamlar Q. İ. Çoros-Qurkin və N. İ. Çevalkov, heykəltaraş Y. Meçeşev) təşəkkül tapmışdır. 20-ci əsrin sonlarında Altay incəsənəti Oyrot məktəbinin nümayəndələri – rəssamlardan P. Çevalkov, S. Dıkov, V. Tebekov və P. Yelbayevin əsərləri ilə təmsil olunur.[2]

Qorno-Altayskda Milli Dram Teatrı 1978-ci ildən fəaliyyət göstərir. Teatrın repertuarında rus və xarici ölkə klassiklərinin, həmçinin Altay müəlliflərinin əsərləri tamaşaya qoyulur. Tamaşalar Altay və rus dillərində gedir.[2]

Ölkə ərazisində turizm o qədər də inkişaf etmədiyindən ölkənin ümumi iqtisadiyyatında turizm gəlirlərinin payı olduqca azdır. Bununla belə son dövrlərdə Altay xalqlarının özünəməxsus mədəniyyətinə artan maraq ölkədə turizmin inkişafına təkan vermişdir. Regionda müxtəlif turizm və istirahət mərkəzləri fəaliyyət göstərir. Çemal və Turoçak rayonlarında turizm daha çox inkişaf etmişdir. Dağ və dağ-piyada səyahətləri, atlı marşrutları, su idmanı və speleo turizm, alpinizm geniş yayılmışdır.[2]

Kütləvi informasiya vasitələri

[redaktə | mənbəni redaktə et]

"Zvezda Altaya", "Altaydın çolmonı" və həftəlik "Postskriptum" Altayın ən iri qəzetləridir. "Qornı Altay" dövlət teleradio şirkəti fəaliyyət göstərir.[2]

Respublikada 32 xəstəxana, 6 dispanser, 175 feldşer-mama məntəqəsi var. Əhalinin hər 10 min nəfərinə 32 həkim və 117 orta tibb işçisi düşür (2002). Çemal kurortu var.[2]

Altay diyarına doğru Altay Respublikasından çıxış

Əsas nəqliyyat növü avtomobil (demək olar, regiondaxili bütün yük və sərnişin daşımalarını həyata keçirir) və hava nəqliyyatıdır. Bərkörtüklü avtomobil yolunun uzunluğu 3,0 min km-ə yaxındır. Federal əhəmiyyətli Çuysk avtomagistralının 541 km-i respublikanın ərazisindən keçir. Özünün dəmiryol şəbəkəsi yoxdur, Biysk (Altay diyarı) ən yaxın dəmiryol stansiyasıdır. Aeroport (Qorno-Altaysk şəhərində), bir neçə helikopter meydançası vardır.[2]

Respublikanın ərazisi kontnental iqlim zonasında yerləşməklə qısa və isti yay (İyun – Avqust) və soyuq, uzun və güclü şaxtalarla müşahidə olunan qışa (Noyabr – Mart) malikdir. Respublikanın şimal-şərq hissəsinin iqlimi (Ulağanski və Koş-Ağaçski vilayətləri) cənub hissəinin iqliminə nisbətən daha sərtdir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Name used in internal passports according to law ПОСТАНОВЛЕНИЕ Правительства Республики Алтай от 17.07.2001 N 208 "О ТИПОВОМ ОБРАЗЦЕ БЛАНКА-ВКЛАДЫША РЕСПУБЛИКИ АЛТАЙ К БЛАНКУ ПАСПОРТА ГРАЖДАНИНА РОССИЙСКОЙ ФЕДЕРАЦИИ" Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 394–396. ISBN 978-9952-441-02-4.
  3. "RussiaOutdoors — Путешествия по России". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  4. "Население по национальности по субъектам Российской Федерации (XLS). Проверено 4 мая 2009". 2006-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-14.
  5. "reg=1246 Demoskop Weekly — Əlavə (Proqram). Statistik göstəricilərin məlumat kitabçası". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  6. "reg=2 Demoskop Weekly — Əlavə (Proqram). Statistik göstəricilərin məlumat kitabçası". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  7. "reg=2 Demoskop Weekly — Əlavə (Proqram). Statistik göstəricilərin məlumat kitabçası". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  8. "reg=61 Demoskop Weekly — Əlavə (Proqram). Statistik göstəricilərin məlumat kitabçası". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  9. "reg=61 Demoskop Weekly — Əlavə (Proqram). Statistik göstəricilərin məlumat kitabçası". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  10. "reg=64 Demoskop Weekly — Əlavə (Proqram). Statistik pokazateley< məlumat kitabçası! — Başlıq botla əlavə edilmişdir -->". 2011-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  11. "Ümumrusiya əhalinin siyahıya alınmasının son nəticələri haqqında İnformasiya materialları 2010-cu il". 2012-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.