İvan Nikitoviç Kojedub (ukr. Іван Микитович Кожедуб; 8 iyun 1920[1][2][…] – 8 avqust 1991[3], Moskva) — sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (04.02.1944[4], 1944, 1945).
İvan Kojedub | |
---|---|
ukr. Іван Микитович Кожедуб | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Batko, Boroda (rus. Батько, Борода) |
Doğum tarixi | |
Doğum yeri | Obrajievka, Çerniqov quberniyası, Ukrayna SSR |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | ukraynalı |
Qoşun növü | SSRİ hərbi hava qüvvələri |
Xidmət illəri | 1940–1991 |
Rütbəsi | |
Vəzifəsi | Aviasiya marşalı |
Döyüşlər | Böyük Vətən müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Kojedub 8 iyul 1920-ci ildə Ukrayna SSR-in Çerniqov quberniyasının (indiki Sumı vilayəti) Obrejievka kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun arzusu təyyarəçi olmaq idi. Buna görə də, o əvvəlcə aerokulbda məşğul oldu, sonra təyyarəçilik məktəbini bitirdi. 1934-cü ildə Şostka şəhərində kimya-texnologiya texnikumunu bitirmişdir. 1940-cı ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə yola düşmüşdür. Elə bundan bir qədər sonra — 1941-ci ildə çavuş, 23 fevral 1942-ci ildə baş çavuş rütbəsinə layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi başladıqdan sonra, bir qədər gec — 1943-cü ilin iyulunda cəbhəyə göndərilmişdir. İvan Kojedub ilk qələbəsini Kursk səmasında, sonuncu qələbəsini Berlin göylərində qazanmışdır. 330 döyüş uçuşu keçirmiş, 120 hava döyüşündə iştirak etmiş, artıq 25 yaşında düşmənin 62 təyyarəsini vurmuşdur. O, bütün bu uğurları cəmi 2 ilə qazanmışdır. Müharibədən sonra Kojedub yazmışdır:
« Döyüşdə o kəs qələbə qazanır ki, təyyarə və silaha çox yaxşı yiyələnir, düşməni hücumda qabaqlayır, lazımi manevr edir və təşəbbüsü ələ alır». İ.N.Kojedub
İvan Kojedub da belə təyyarəçi olub. Elə buna görə də 2 ilə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (04.02.1944, 19.08.1944, 18.08.1945) Onun hazırladığı təyyarəçilərin bəziləri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Əlli ilə yaxın Sovet ordusunda xidmət edən Kojedub SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarında nümayəndə seçilmişdir. Aviasiya marşalı İvan Kojedub 8 avqust 1991-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Kiyevdə abidə (Ukrayna) | Sum şəhərində abidə | Obrajievka kəndində abidə | Moskvada abidə |