İvan Nevistiç

İvan Nevistiç (rus. Ivan Nevistić; 31 iyul 1998[1], Dyakovo, Osiyek-Baranya jupaniyası[d]) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu.[2]

İvan Nevistiç
Ümumi məlumatlar
Doğum tarixi 31 iyul 1998(1998-07-31)[1] (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub Dinamo Zaqreb FK
Nömrəsi 33
Karyerası
Gənclik karyerası
2009–2013 Xorvatiya Dyakovo
2013—2015 Xorvatiya Osiek
2015—2017 Xorvatiya Riyeka
Klub karyerası[* 1]
2016–2021 Xorvatiya Riyeka 33 (0)
2017–2018 Xorvatiya Varajdin (icarə) 32 (0)
2018 Sloveniya Mura (icarə) 0 (0)
2019–2020 Xorvatiya Varajdin (icarə) 48 (0)
2021 Xorvatiya Dinamo Zaqreb 19 (0)
2021–2022 Xorvatiya Lokomotiva Zaqreb (icarə) 26 (0)
Milli yığma[* 2]
2012 Xorvatiya Xorvatiya U-14 2 (0)
2013 Xorvatiya Xorvatiya U-15 4 (0)
2013–2014 Xorvatiya Xorvatiya U-16 3 (0)
2014–2015 Xorvatiya Xorvatiya U-17 4 (0)
2015 Xorvatiya Xorvatiya U-18 5 (0)
2016–2017 Xorvatiya Xorvatiya U-19 11 (0)
2018 Xorvatiya Xorvatiya U-20 2 (0)
2019 Xorvatiya Xorvatiya U-21 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub.[3] O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb.[4] Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir.

"Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir.[5]

Beynəlxalq karyera

[redaktə | mənbəni redaktə et]

Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib.[6] U-17 milli komandasının tərkibində ikən Bolqarıstanda keçirilən 2015 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. O, bu turnirdə ehtiyat qapıçı olmuş və yalnız bir matçda, İspaniya qarşı qrup finalında (0:0) oynayıb. Nevistiç Xorvatiya üçün həlledici olan bu matçda qapını təmiz saxlayıb. O, gənclərdən ibarət komandalar təkibində ümumilikdə 31 matçda iştirak etmişdir.[7]

11 oktyabr 2019-cu ildə Nevistiç U-21 milli komandasındakı yeganə oyununu oynamış, Xorvatiyaya qarşı oyunda (1:4) fasilədə Adrian Şemperi əvəz etmişdir.[8]

  1. 1 2 Ivan Nevistic // Transfermarkt (çd.). 2000.
  2. "Croatia - I. Nevistic - Profile with news, career statistics and history - Soccerway". int.soccerway.com (ingilis).
  3. "HNK Rijeka" (xorvat). 2021-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  4. "HNK Rijeka" (xorvat). 2021-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  5. Bevanda, Antonio; Miličić, Dubravko. "Nevistić s najviše obrana u EL: Kao mali vikao sam 'Subašić!'". 24sata (xorvat). 12 December 2020. İstifadə tarixi: 12 December 2020.
  6. Croatian Football Federation
  7. "Croatia on top, Bašić: "We can make it to the semifinals" - Croatian Football Federation". hns-cff.hr. 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
  8. "Hungary - Croatia 1:4 - Croatian Football Federation". hns-cff.hr. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.