İvan Yakоvlеv

İvan Yakovleviç Yakovlev (çuvaş Иван Яковлевич Яковлев, 25 aprel 1848 - 23 oktyabr 1930) — Çuvaşıstan maarifçisi.

İvan Yakovlev
rus. Ива́н Я́ковлевич Я́ковлев, çuvaş Иван Яковлевич Яковлев
Doğum tarixi
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
Fəaliyyəti dilçi, tərcüməçi, müəllim, pedaqoq, yazıçı, aktyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Yakovleviç Yakovlev 25 aprel 1848-ci ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Buin qəzasının Koşki-Novotimbayevo kəndində anadan olmuşdu. Hələ uşaqkən valideynsiz qalmışdı. Paxomov soyadlı bir çuvaş kəndlisi onu övladlığa götürmüşdü. Öz ata adını xaç atasından almışdı.

İvan Yakovlev 1856-cı ildə Udel məktəbinə getmişdi.1860-cı ildə bu məktəbi əla qiymətlərlə bitirərək qəza məktəbinə daxil olmuşdu. 1867–1870-ci illərdə Simbirsk gimnaziyasında orta təhsilini davam etdirmişdi.

İvan Yakovlev 1870-ci ildə Gimnaziyanı qızıl medalla tamamladıqdan sonra Kazan Universitetinə daxil olmuşdu.

İvan Yakovlev 1871-ci ildə Çuvaş əlifbasını hazırlamışdı. 1872-ci ildə əlifba nəşr olunmuşdu.

Udel idarəsində işə düzəlmişdi. İşlə bağlı tatarların, çuvaşların məişətləri, mədəniyyətləri ilə daha yaxından tanış olmuşdu.

İvan Yakovlev 1875-ci ildə Kazan universitetini bitirəndən sonra qəza idarəsinin çuvaş məktəbləri üzrə müfəttişi kimi işə başlamışdı.

XIX əsrin II yarısında görkəmli maarifçi, Simbirski mərkəzi məktəbinin rəhbəri İvan Yakovleviç Yakovlev Çuvaşıstanda maarifin inkişafında, çuvaş müəllim kadrlarının və dərsliklərin hazırlanmasında böyük xidməti olmuşdu. Yakovlev özünün ictimai hərəkətlərində, 3 əsas prnsipi götürmüşdü: 137 1) Çuvaş əhalisi ilə Rus əhalisinin bir-birinə dini yaxınlığı və birləşməsi surətdə olmalıdır və bu sahədə heç bir zorakılığa yol verilməməlidir; 2) Məktəblərdə dərslər doğma dildə aparılmalıdır; 3) Kəndlilərə mədəni və iqtisadi həyatlarında kömək etmək lazımdır 1905-ci ilin 9 yanvarında Rusiyada baş vermiş qanlı hadisə Çeboksar fəhlələri içərisində həyəcana səbəb oldu. Yefremovun meşə doğrama zavodunun fəhlələri Peterburqda həlak olan fəhlələrin ailələrinə maddi kömək məqsədilə pul yığıb göndərdilər. Kəndlilər də çıxışlara başladılar. Alatır, Sivil, Çeboksar və digər qəzaların kəndliləri özbaşına mülkədarların, xəzinənin, udellərin meşələrini doğrayaraq, icarə haqlarının aşağı salınmasını tələb etdilər. 1905-ci ilin payızında Çuvaşıstanda "Kəndlilərin və Müəllimlərin İttifaqı demokratik təşkilatı" yaradıldı. İttifaqın 113 kənddə şöbələri yaradıldı. İttifaqın əsas məqsədi torpaq və demokratik azadlıq əldə etmək idi. 27 noyabr 1905-ci ildə Çeboksar qəzasının Biçurino kəndində toplanmış yığıncaqda tələblər qoyuldu: 1) torpaqlar ödənşsiz kəndlilərə verilməli; 2)vergilərin bütün növləri ləğv edilməli; 3) Müəssislər Məclisi çağırmaq; 4) Dövlət hesabına məktəblər açılmalı; 5) bütün vətəndaşların bərabər hüquqlu dili olmalı; 6) azad mətbuat olmalı və vəzifələr seçkili olmalı; 7) Uzaq Şərqdən əsgərlər təcili geri qaytarılmalı, daimi ordu, polis və jandarm ləğv olunmalı. Bu cür tələblər ölkənin gələcəkdə demokratik quruluşlu bir dövlətə çevirmək məqsədi güdürdü. 1905-ci ilin dekabrında Çuvaş ziyalılarının tələbkarlığı nəticəsində həftəlik "Xıpar" (Xəbər) qəzetinin (Çuvaş dilində) çıxarılmasına icazə alındı. Qəzetin ilk nömrəsi isə 1906-cı ilin 8 yanvarında çıxdı. 1906-cı 138 ilin iyun ayına qədər qəzetin redaktoru müəllim N.V.Nikolski olmuşdu. Qəzetin əməkdaşları isə Simbirski çuvaş məktəbinin müəllimləri Timotey Semyenov (Taup Timski), Yefim Profimov və Vasili Volkov idilər. İlkin vaxtlarda liberal mövqe tutuan qəzet, tezliklə inqilabi-demokratik mövqeyə keçdi.

İvan Yakovlev 23 oktyabr 1930-cu ildə vəfat edib.

  • Дело его жизни. Сборник научных статей. Издатель — фонд им. Яковлева. Редактор Кириллов И. П. — Чебоксары 2008.
  • Итоги юбилейной научной сессии, посвященной столетию со дня рождения И. Я. Яковлева, "Записки Чувашского н.-и. института языка, литературы и истории", 1949. в. 3;
  • Краснов Н. Г. Иван Яковлевич Яковлев. Жизнь. Деятельность. Педагогические идеи. Очерки. — Чебоксары, 1976.
  • Этнопедагогический манифест И. Я. Яковлева. — Чебоксары 2003. — ISBN 5-86765-253-X
  • Волков Г. Н. Жизнь, смерть и бессмертие патриарха. — Чебоксары 2004. — ISBN 5-86765-268-8
  • Симбирская чувашская школа. Квартира И. Я. Яковлева. Путеводитель. — Ульяновск: Издательство "Корпорация технологий продвижения", 2003. — 24 с.
  • Александров Г. А. Иван Яковлевич Яковлев в 1917—1920 годы. — Чебоксары: Изд-во Чуваш. ун-та, 1992.