İvate Sunami Memorial Muzeyi (東日本大震災津波伝承館?) – Yaponiyanın İvate prefekturasının Rikuzentakata şəhərində yerləşən muzey. 2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur.
İvate Sunami Memorial Muzeyi | |
---|---|
Açılış tarixi | 22 sentyabr 2019 |
Ölkə | |
39°00′26″ şm. e. 141°37′37″ ş. u. | |
iwate-tsunami-memorial.jp — İvate Sunami Memorial Muzeyinin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin rəsmi adı 26 mart 2018-ci ildə açıqlanmışdır. Açılışı 22 sentyabr 2019-cu ildə baş tutmuşdur.[1] 2024-cü ildə muzey 1 milyonuncu ziyarətçisini qəbul etmişdir.[2]
Muzey binası Takata Matsubara Memorial Parkının ərazisində yerləşir. Parkın ərazisində sunami nəticəsində su altında qalmış üçmərtəbəli Kesen liseyinin binası, Xatirə meydanı, eləcə də "Möcüzə şamı" adlandırılan şam ağacı yerləşir. Sunamidən öncə ərazidə 70.000 şam ağacı olsa da, ancaq bir şam ağacı sunami nəticəsində yıxılmamışdır. Möcüzə şamı hadisədən bir il sonra ölsə də, parkda nümayiş olunur.[3]
Muzey binası ikimərtəbəlidir. Ümumi döşəmə sahəsi 7.079 kv. metr təşkil edir. Muzey 4 bölmədən ibarətdir. Birinci bölmə sunaminin elmi və tarixi prespektivlərindən bəhs edir. İkinci bölmədə Tohoku sunamisi nəticəsində zərər görmüş cisimlər (məsələn, maşınlar), hadisəni təsvir edən materiallar, hadisə qurbanlarının xatirələri nümayiş etdirilir. Üçüncü bölmə sunamidən sonra rekonstruksiyaya həsr olunub. Muzeyin kino zalında sunami ilə bağlı videomateriallar nümayiş etdirilir.[3] 150-dən çox eksponatın sərgiləndiyi muzeyin interyeri taxtadan hazırlanmışdır.[4]