İyerarxiya (q.yun. ἱεραρχία, ἱερός "müqəddəs" və ἀρχή "idarəetmə") — İyerarxiya [yunan sözləri “hieros” (müqəddəs) + “arche” (hakimiyyət)-dən əmələ gəlmişdir] – bir şeyin hissələrinin və ya elementlərinin ən yüksəyindən, ən alçağına qədər, ardıcıllıqla düzülməsi; aşağı həlqələrin yuxarı həlqələrə tabelik qaydası; mərkəzləşdirilmiş strukturların idarəetmə prinsipi.
İkinci mənada İyerarxiya - vəzifələrin bir-birinə tabe olunmuş halında düzülməsidir.