İyoboya Muzeyi

İyoboya Muzeyi (イヨボヤ会館, İyoboya Kaykan?)Yaponiyanın Niiqata prefekturasının Murakami şəhərində yerləşən muzey. Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur.

İyoboya Muzeyi
イヨボヤ会館
Xəritə
Açılış tarixi aprel 1987
Mövzu keta
Ölkə
Yerləşir Murakami[d]
38°13′40″ şm. e. 139°28′17″ ş. u.
iyoboya.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey 1987-ci ilin aprelində açılmışdır. 1998-ci ilin oktyabrında muzeyin altında Miomote Qızılbalıq Müşahidə Muzeyinin açılışı baş tutmuşdur. 2000-ci ilin martında muzeydə yenidənqurma işləri aparılmışdır. 2018-ci ilin martında muzeyin ümumi ziyarətçi sayı 2,5 milyona çatmışdır.[1]

Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur. Muzey Miomote çayının Murakami şəhərindən keçən hissəsində qızılbalıq mədəniyyəti və tarixinə həsr olunmuşdur. Mövsümdən asılı olaraq burada qızılbalıqların yumurta qoymasını və yumurtadan çıxmasını müşahidə etmək mümkündür.[1]

2023-cü ilin noyabrında muzey ənənəvi qızılbalıq sərgisi üçün canlı qızılbalığının olmadığını açıqlamışdır. Adətən 60 canlı qızılbalığının sərgiləndiyi muzeydə Yaponiyadakı anomal istilər səbəbilə heç bir qızılbalığı qalmamışdır.[2]

  1. 1 2 "イヨボヤ会館とは". Rəsmi saytı (yaponca). 21 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
  2. "Japanese museum dedicated to salmon have no live salmon on display this year". SoraNews24 (ingiliscə). 18 noyabr 2023. 21 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]