İzmail mühasirəsi

İzmail mühasirəsi 1790-cı ildə Qara dənizdə Rusiya-Osmanlı müharibəsi (1787-1792) dönəmində baş vermiş hərbi mühasirədir. Ruslara Aleksandr Suvorov başçılıq edirdiki məhz onun başçılığı altında onlar Osmanlı ordusunu Kinburn, OçakovFokşani döyüşlərində məğlub etməyi bacarmışdırlar. Qara dənizdə yerləşən gəmilərə ispan admiral Xose de Ribas başçılıq edirdi.

İzmail mühasirəsi
Rusiya-Osmanlı (1787-1792) müharibəsinin bir hissəsi
İzmail mühasirəsi, Aleksey Kivşenko
Tarix 22 Dekabr 1789
Yeri İzmail, Silistra Əyaləti, Osmanlı İmperiyası
Nəticəsi Rusiya imperiyası qalib gəldi
Münaqişə tərəfləri

 Rusiya İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

Rusiya İmperiyası Aleksandr Suvorov
İspaniya Xose de Ribas

bilinmir

Aydoslu Mehmet Paşa
Tərəflərin qüvvəsi

31,000[1]

40,000[1]

İtkilər

1,815 ölü, 2,445 yaralı[1]

26,000 ölü, 9,000 əsir[1]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1790-cı ilin martında ruslar 40.000 əsgərin olduğu qarnizon ilə Budayk regionunda (indiki Ukrayna) İzmailin mühasirəsinə başladı. Suvorovun əmrində 31,000 əsgərdən ibarət qoşun var idi və 22 dekabr 1790-cı ilin səhərində ruslar şəhərə hücum etməyə başladı. Onlar səhər saat 3:00 radələrdindən etibarən İzmaili bombalamağa başladılar 5:30-dan etibarən şiddətli hücuma keçdilər. Ruslar şimaldan, şərqdən və qərbdən irəliləyirdilər.[1] Qala divarları digər bölgələrdəkinə nisbətən daha zəif idi. 8:00-dan etibarən ruslar şəhərə daxil oldular. Nəticədə Osmanlı qüvvələrinin 26,000-dən çox əsgəri qətlə yetirildi və beləcə qarnizonda olan əsgərlərin hamısı həlak, oldu yaralandı və ya əsir düşdü. Ruslar isə sadəcə 4,330 nəfər itki verdi ki, bunlardanda yalnız 1,815 nəfəri həlak olmuşdur.[1]

Qələbənin şərəfinə "Qrom pobedı, razdavaysya!" adlı himn həsr olundu ki bu himn 18-ci əsrdən 19-cu əsrin əvvəllərinədək Rusiyanın qeyri-rəsmi himni sayılırdı. İndi bu mahnı Rusiyada hərbi bayramlarda ifa edilir.

  1. 1 2 3 4 5 6 Duffy C. Russia's Military Way to the West: Origins and Nature of Russian Military Power 1700-1800. Routledge & Kegan Paul Books Ltd. 1985. P. 188