Aleksandr Vasilyeviç Suvorov (rus. Александр Васильевич Суворов; 13 (24) noyabr 1730[1], Moskva[2] – 6 (18) may 1800[1][3] və ya 18 may 1800[2], Sankt-Peterburq[2]) — Rusiya İmperiyasının ordu komandanı hərb tarixində ilk dəfə "Generalssimus" hərbi rütbəsini alan insan qüdrətli sərkədə.Təkcə rus deyil dünya hərb sənətinin ən qüdrətli nümayəndələrindən biri.Tarixi mənbələrdə "Hərb Sənətinin Atası" adlandırılır.
Aleksandr Vasilyeviç Suvorov | |
---|---|
rus. Александр Васильевич Суворов | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, zabit, hərbi lider[d], əsgər, hərbi nəzəriyyəçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Rus tarixində ilk dəfə olaraq onun başçılığı altında rus ordusu Avropanın içərilərinə doğru irəliləmiş hətta İtaliya və Alp dağlarına qədər gedib çatmışdır.
O, 1799-cu ildə İtaliyanın Milan şəhərinə qədər gedib çıxmış amma İmperator sarayından gələn əmrə görə ordusunu geri çəkmiş və İsveçrəyə doğru irəliləmişdi və adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırmışdı. Rusiya İmperatriçəsi 2 Yekatirina şəxsən ona hörmət bəsləmiş və onu daima diqqət mərkəzində saxlamışdı və orduda etdiyi bütün dəyişikliklər zamanı onunla məsləhətləşmişdir.
Hətta indiki ordularda istifadə olunan taktikaların çoxu ona aiddir.Rusların dilində:( Sanki Bu İnsanı Anası Hərb üçün Doğub)
Aleksandr Vasilyeviç Suvorov 13(24) noyabr 1729-cu ildə Moskva şəhərində, senator, general-anşef Vasili İvanoviç Suvorovun ailəsində anadan olmuşdur. Atası Vasili Suvorov hərbi təhsil almış, birinci rus hərbi lüğətini tərtib etmişdir. Aleksandr atasının rəhbərliyi altında hərbi artilleriya elminə yiyələnmiş, hərbi tarixi öyrənmişdir. 1742-ci ildə Semyonov polkunda, leyb-qvardiyada muşketyor kimi qeydiyyata alınmışdır. Həqiqi hərbi xidmətə 1748-ci ildə başlamışdır. İlk hərbi poruçik rütbəsini və ilk təyinatını alaraq İngermanland polkunda xidmətə başlamışdır. 1756–1758-ci illərdə Hərbi kollegiyada mayor rütbəsində xidmət göstərmişdir. Suvorov hərbi döyüş təltiflərini Yeddiillik müharibə zamanı 1756–1763-cü illərdə almışdır. Müharibənin ilk illərində arxa cəbhədə müxtəlif vəzifələrdə xidmət etmişdir. O, Kazan piyada polkuna göndərilmiş və orada ona podpolkovnik rütbəsi verilmişdir. 1759-cu ildə Suvorov rus çar ordusunun Baş qərargah rəisi vəzifəsini icra etmişdir. 1760-cı ildə o, Prussiya ordusu ilə Kunersdorf ətrafında gedən döyüşlərdə iştirak etmiş, rus korpusu ilə bərabər Berlinin alınmasında fəal iştirak eləmişdir.
Suvorov gənc yaşında komandirlik bacarığına yiyələnmişdir O, ordunu arxasınca aparmaq qabiliyyətinə malik bir sərkərdə olmuşdur. 1770-ci ildə Polşada Bar konfederasiyasına qarşı apardığı uğurlu döyüşlərə görə general-mayor rütbəsi almışdır. Bu hərbi kampaniya Suvorova uğur gətirmiş, Rusiyanın hərb sahəsində tanınmış sərkərdəsinə çevirmişdi. Onun bu müvəffəqiyəti II Yekaterina tərəfindən yüksək qiymətləndirilmiş, 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırılmışdır.
1769-1772-ci illəri əhatə edən Bar konfederasiyası ilə müharibədə Konfederasiya ordularına rəhbərlik edən fransız generalı Dyumurye və getman Mixail Oginski üzərində parlaq qələbələr qazanmışdı. Fransız podpolkovniki Şuazi tərəfindən müdafiə olunan və konfederasiyanın qərargahının yerləşdiyi Krakov qalası Suvorovun rəhbərliyi altındakı rus qoşunları tərəfindən tutulmuşdu. Bu xidmətlərinə görə Suvorov Müqəddəs Aleksandr Nevski ordeni ilə mükafatlandırılmışdır.
1773-cü ildə Suvorov 1768-ci ildən davam edən rus-türk müharibəsində iştirak etməyə can atırdı və təyinat alaraq öz tabeliyində olan əsgərlərlə, general-feldmarşal Pyotr Rumyantsevin komandanı olduğu 1-ci ordu ilə birlikdə iki müəffəqiyətli döyüşə rəhbərlik etmiş və türkləri çoxsaylı itkilərə məruz qoymuşdur. Bu qələbəyə görə 2-ci dərəcəli Müqəddəs Georgi ordeni ilə mkafatlandırılmışdı. 1774-cü il 9 iyulda Kozlucada (Bolqarıstan) 40 minlik Osmanlı ordusuna qalib gələrək türkləri ruslarla sülh müqaviləsi bağlamağa məcbur etmişdi.
1776-1779-cu illərdə Krım və Kubandakı qoşunların komandanı, 1785-1787-ci illərdə diviziya komandiri olmuşdur.
1787-1791-ci illərin rus-türk müharibəsində rus qoşunları Suvorovun komandanlığı altında Foşani və Rımnik yaxınlığında qələbə qazanmış, 1789-cu ildə İzmail qalasını hücumla almışdılar. 1791-ci idə Finlandiyada, 1792-1795-ci illərdə Polşada, 1795-1796-cı illərdə Ukraynada rus qoşunlarına komandanlıq etmişdir. İmperator I Pavelin tətbiq etdiyi Prussiya kötək qaydalarının əleyhinə çıxdığına görə 1797-ci il fevralın 17-də istefaya buraxılmış və Novqorod quberniyasının Konçanskoye kəndindəki malikanəsinə sürgün edilmişdir.
1798-ci ildə Rusiya 2-ci antifransız koalisiyasına Böyük (Britaniya, Avstriya, Osmanlı, Neapol krallığı) qoşuldu. I Pavel müttəfiqlərin təkidi ilə Suvorovu Şimali İtaliyada rus qoşunlarının baş komandanı təyin etməyə məcbur oldu. Suvorovun "Qalib gəlmək elmi" əsəri nəzəriyyə və təcrübənin vəhdətinə əsaslanırdı. Suvorov belə hesab edirdi ki, "düşmənə insanpərvərliklə də qalib gəlmək olar". "Təlimdə asan olan döyüşdə çətindir, təlimdə çətin olan döyüşdə asandır" fikri Suvorovun əsas prinsiplərindən idi. Suvorovun strategiyası qeyri-adi fəallığı və qətiyyəti ilə fərqlənmişdir. Suvorov hücumu strateji əməliyyatın əsas üsulu hesab edirdi. Suvorov təkcə böyük strateq yox, həm də misilsiz taktik idi. Kolonna və dağınıq sıranın birgə taktikasının birləşdirilməsi Suvorovun xüsusi xidməti idi. Suvorovun taktikasında atəş ilə süngü zərbəsi düzgün əlaqələndirilirdi. Suvorov vaxtı düzgün qiymətləndirməyi müharibə aparmağın əsas prinsipi sayırdı. Bir sıra elmlərə dərindən bələd olan Suvorov alman, fransız, italyan, polyak, türk dillərində danışır, ərəb, fars və fin dillərini qismən bilirdi.
1799-cu ildə Suvorovun komandanlığı ilə rus qoşunlarının Şimali İtaliyadan Alp dağlarını aşaraq İsveçrəyə keçməsi (21 sentyabr-8 oktyabr).
Suvorovun uğurlu İtaliya yürüşündən sonra Böyük Britaniya və Avstriya rus ordusunun İsveçrədən Reynə keçirilməsi kimi əsassız strateji plan hazırlamış və Rusiyaya qəbul etdirmişdilər. Rus qoşunları korpusunu xilas etmək üçün Suvorovun qoşunları sentyabrda 5 gün ərzində 150 km yol keçərək Alp dağlarının ətəklərinə çatdılar. General Pyotr Baqrationun ön dəstəsi fransız briqadasını geri oturdaraq rus qoşunları üçün yol açdı. Rus ordusu çətin dağ aşırımlarını keçərək Kur rayonuna çıxdı və oradan Avstriyaya qayıtdı. Suvorovun İsveçrəyə yürüşü zamanı rus qoşunu ölən və yaralılarla birgə 4 mindən çox adam itirdi, lakin düşmən bundan dörd dəfə artıq təlafata uğradı. Suvorovun İsveçrəyə yürüşü nəticə verməsə də əsl igidlik nümunəsi oldu. Suvorovun dediyi kimi, "rus süngüsü Alpı deşib keçdi". Suvorovun İsveçrə yürüşünə görə Suvorova generallissimus rütbəsi verildi.
1799-cu ildə A.V. Suvorovun komandanlığı ilə müttəfiq rus və Avstriya qoşunlarının Şimali İtaliyada fransız qoşunlarına qarşı əməliyyatları. Aprelin 27-28-də müttəfiq qoşunları Adda çayı yaxınlığında fransız ordusunu (komandanı general Moro) darmadağın etdilər və Milana daxil oldular. İyunun17-19-da Trabbiya çayı yaxınlığında general Makdonaldın qoşunu, avqustun 15-də Novi yaxınlığında general Juberin ordusu məğğlub edildi. Suvorovun İtaliyaya yürüşü nəticəsində bütün Şimali İtaliya, Fransa hökmüranlıöından azad olundu. Rusiyanın Aralıq dənizi rayonunda nüfuzunun artacağından qorxan müttəfiqlər (Böyük Britaniya) rus ordusunu İtaliyadan uzaqlaşdırıb İsveçrəyə göndərməyi (guya orada general Rimski-Korsakovun komandanlığı altında rus korpusu ilə birləşmək üçün) qərara aldılar.
SSRİ Ali Soveti Rəyasət heyətinin 1942-ci il 29 iyul tarixli Fərmanı ilə üç dərəcəli Suvorov ordeni təsis olunmuşdur. ÜİK(b)P MK və SSRİ XKS-nin 1943-cü il 21 avqust tarixli qərarı ilə yeniyetmələrə orta təhsil verən hərbi təmayüllü Suvorov hərbi məktəbləri yaradılmışdır. SSRİ-də Suvorov muzeyləri, ona həsr olunmuş abidələr, adına yaşayış məntəqələri, kəndlər və s. olmuşdur, haqqında film çəkilmişdir. Suvorovun anadan olmasının 250 illiyi SSRİ-də geniş qeyd olunmuşdur. RSFSR Tula vilayətində Suvorov rayonu var.