İzmayıl Aylarov (22 avqust 1924 – 14 dekabr 2018) — Osetin sovet şairi və nasir, publisist.
İzmayıl Aylarov | |
---|---|
Doğum tarixi | 22 avqust 1924 |
Vəfat tarixi | 14 dekabr 2018 (94 yaşında) |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1965-ci ildən |
22 avqust 1924-cü ildə Kadisar (indiki Cənubi Osetiya/Gürcüstan) kəndində anadan olmuşdur.
Böyük Vətən müharibəsi illərində üç il kolxozda mühasib işləmiş, Mamison aşırımında yolun təmizlənməsində iştirak etmişdir.
1945-1949-cu illərdə Kadisarda ibtidai məktəbdə müəllim işləmişdir.
1953-cü ilə qədər Şimali Osetiya Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsində təhsil alır. Sonra Şimali Osetiyadakı məktəblərdə çalışır, osetin dili və ədəbiyyatını tədris edir[1].
İzmayıl Aylarov 2018-ci ildə dünyasını dəyişir[2].
Uşaqlar və böyüklər üçün şeirlər toplusunun, hekayə və romanların müəllifidir.
Aylarovun ilk şeirləri rayon qəzetində dərc olunur. Şair ilk toplusunu ("Qakk-qakk, kuıdzı qakk", 1965) uşaqlara həsr etmişdir. "Bir maralı qovdum" ikinci şeirlər toplusu ("Futsysırdton særjın saq", 1969) da məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlar üçün şeirlərdən ibarətdir. Rus dilinə tərcümə olunan bu tolpu 1970 -ci ildə nəşr olunur. “Kim tez ayılır, peşman deyil" ("Rajı badaq - væsmon", 1973) - şairin ibtidai və orta məktəb şagirləri üçün yazdığı şeirlər toplusu belə adlanır.
Yetkinlər üçün "Ana qəlbi" şeirlər toplusu, ana və vətən sevgisi, dağ təbiətinin mənəvi gözəlliyi, yaradıcılıq və bolluq sevinci, özünə hörmət haqqındadır.
1974-cü ildə Aylarov Osetiyada işləyən bir kolxoz ailəsinin həyatını əks etdirən hekayəsini nəşr etdirir. "Yağışdan sonra - günəşli bir gün" hekayəsində insanın tərbiyəsi ilə bağlı sual kəskin şəkildə qaldırılır.
İzmayıl Aylarovun ən böyük əsəri "Mamison aşırımında" roman-trilogiyasıdır. Birinci kitab (1987) 1916-1921-ci illəri əhatə edir və dağlıların inqilabdan əvvəlki çətin iqtisadi və sosial həyatından bəhs edir. Bu həyatın fonunda, vətəndaş müharibəsi dövründə xüsusilə kəskin xarakter almış sinif mübarizəsi göstərilir. Mübarizə 1921-ci ilin fevralında XI Qırmızı Ordunun Gürcüstana Mamison keçidi ilə əfsanəvi keçidi və Sovet hakimiyyətinin Gürcüstan və Cənubi Osetiyada qələbəsi ilə başa çatır. Romanda yoxsulluq və sərt təbiətlə mübarizədə dağlıların qarşılıqlı yardımını təsvir edən səhifələrə də diqqət çəkilir.
"Tanrı həqiqəti" adlı oçerqlər və məqalələr kitabında müəllif müasir cəmiyyətin aktual problemlərini qaldırır: milli iqtisadiyyatın, mədəniyyətin, ideologiyanın və əxlaqın vəziyyəti. Ana dilinin inkişafı və işləməsi problemlərinə xüsusi diqqət yetirir, milli qürur və milli birliyə səsləyir.