İzmir bombası (İzmir ləhcəsində qısaca bomba)[1] və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies)[2] — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə.[3] Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir.[4][5]
İzmir bombası | |
---|---|
Mənsubiyyəti |
|
Lazımi komponentlər | pralin, un, soda, duz, kərə yağı |
İstifadə olunan komponentlər | şəkər tozu, şəkər pudrası, yumurta |
Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi.[6][7]
Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb.[5]
İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir.[4]
Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.[8] Qurabiyənin Türkiyədə yayımlanandan sonra, Afyonqarahisar ilində onun şokolad əvəzinə lalə toxumu içli növünü hazırlamağa başlayıblar.[9] 2002-ci ildə Bülənd Ecevit hakimiyyətində İqtisadiyyat Naziri Kamal Dərviş olanda və dollar kursu qalxanda Hadicə Reyhan Qutlu tərəfindən İzmir Reyhan Pastanesi adlı şiriniyyat evində ilk dəfə kurviş adlı İzmir bombası hazırlanmışdı. Onun adı "kur" (kurs) və "viş" (Dərviş) sözlərindən ibarətdir.[10][11]
İzmir bombasından ilhamlanaraq, bir sıra şirkət kütləvi şəkildə ona oxşar qurabiyələri istehsal eləməyə başladı. Ülker Biskrem, ETİ Tutku, Torku isə Delidolu adlı qurabiyələri istehsal edir.[12]