İznik saxsısı

İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XVXVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir.

İznik saxsısının hazırlanma mərhələləri

[redaktə | mənbəni redaktə et]
  • Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur.
  • Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
  • Xəmirinin hazırlanması: Hazırlanacaq saxsıya görə xəmir qarışığı əl ilə yoğrulur.
  • Qəlibə tökülməsi: Hazırlanan taxta qəliblərə xəmir halında olan qarışıq, əl təzyiqinin köməyi ilə basılır.
  • Qurutma: Təzyiq nəticəsində basılmış xəmirlər təbii şəraitdə qurudulur.
  • Ön bişirmə: Quruyan xəmirlər üçün ön bişirmə edilir. Beləliklə saxsının ön tərəfi bişirilir.
  • Plomblanması: İznik saxsısının quruyan xəmirlərinin üzəri plomblanır.
  • Naxış təminatı: Qurumamış plombun üzərinə xüsusi alət ilə müxtəlif naxışlar salınır.
  • Konturlanması: Saxsının konturlanması qələm vasitəsilə baş tutur.
  • Boyama: Naxışların üzəri oksid xüsusiyyəti daşıyan boyalar ilə rənglənir.
  • Sirləmə: Saxsıların boyanması bitdikdən sonra, qurumağa qoyulur.
  • Bişirmə: Sonuncu mərhələ, ocaqda bişirilməsidir.

Bu görülən işlərdə bişirmə mərhələsində çatlamamış saxsı qiymətləri daha ucuz olur.

  • Nurhan Atasoy, Julian Raby: . Alexandra Press, London 1989, ISBN 978-0-500-97374-5.
  • John Carswell: . British Museum Press, London 1998.
  • Walter Denny: . Hirmer, München 2005.
  • Arthur Lane: . Faber and Faber, London 1971.
  • Katharina Otto-Dorn: . Türk tarih kurumu basımevi, Istanbul 1957.
  • Maria Queiroz Ribeiro: . Scala Books, 2010, ISBN 978-1-85759-586-4.