İzobar proses

İzobar proses

İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar.[1] İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir:

Sarı sahə görülən işi əks etdirir

Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən

burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir:

burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki

İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki

R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır.

burada cV,m sabit həcmdə molar istilik tutumudur.

Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik.

burada cP sabit təzyiqdə molar istilik tutumudur.

  1. Peter Olver (1999), Classical Invariant Theory, p. 217

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]