İzolda (İza[1]) Konstantinovna Vısotskaya (rus. Изольда (Иза) Константи́новна Высо́цкая; 22 yanvar 1937, Nijni Novqorod – 20 iyul 2018, Nijniy Taqil, Sverdlovsk vilayəti) — sovet və rus teatr aktrisası, memuarçı, Rusiya Federasiyasının Xalq artisti (2005),[1] Vladimir Vısotskinin birinci həyat yoldaşı (25 aprel 1960 - may 1965).
İzolda Vısotskaya | |
---|---|
rus. Изольда Константи́новна Высо́цкая | |
Doğum adı | Иза Константиновна Мешкова |
Digər adları |
İzolda Meşkova (qızlıq soyadı) İzolda Jukova (ilk ərinin soyadı) İza Vısotskaya |
Doğum tarixi | |
Doğum yeri | Qorki, RSFSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Nijni Tagil, Sverdlovsk vilayəti, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Həyat yoldaşı | Vladimir Vısotski |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1958-2018 |
Təhsili |
|
Teatr |
Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrı |
Mükafatları |
RSFSR-in Əməkdar artisti (1980) Rusiya Federasiyasının Xalq artisti (2005) |
İzolda Vısotskaya 22 yanvar 1937-ci ildə Qorki (hazırda Nijni Novqorod) şəhərində anadan olub.
1958-ci ildə MİAT-ın məktəb-studiyasını bitirmişdir. Kiyevdə (Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı, 1958-1959), в Rostov-na-Donuda (1963-), Permdə, Vladimirdə və Liepayada aktrisalıq etmişdir.
Ömrünün sonuna qədər Nijni Tagildə yaşamış, 1970-ci ildən D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrında çalışmışdır.
20 iyul 2018-ci ildə 82 yaşında vəfat etmişdir[2]. Aktrisa ilə vida mərasimi 22 iyulda baş tutmuşdur[3]. O, kremasiya olunmasını vəsiyyət etmiş, vəsiyyəti icra olunandan sonra isə aktrisanın külü olan urnanı oğlu Qleb Yekaterinburqa aparmışdır.[4]
İzolda Vısotskaya Vladimir Vısotski haqqında iki xatiratlar kitabının müəllifidir.