Vladimir Semyonoviç Vısotski (rus. Владимир Семёнович Высоцкий; 25 yanvar 1938[1][2][…], Moskva[3] – 25 iyul 1980[1][4][…], Moskva[3]) — Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı.
Vladimir Vısotski | |
---|---|
rus. Влади́мир Семёнович Высо́цкий | |
| |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı |
İzolda Jukova (Meşkova) Lyudmila Abramova Marina Vladi |
Uşaqları |
Arkadi Vısotski Nikita Vısotski |
Atası | Semyon Vladimiroviç Vısotski |
Anası | Nina Maksimovna Vısotskaya |
Fəaliyyəti | şair, nəğməkar şair, müğənni-bəstəkar, nasir, teatr və kino aktyrou, müğənni, bəstəkar, gitaraçı |
Fəaliyyət illəri | 1959–1980 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0904584 |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur.
1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir.
O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmışdır.
İlk kitabı "Döymə" ("Tatuirovka") 1961-ci ildə çap olunmuşdur.
V.Vısotski 1959-cu ildən kinoya çəkilmişdir. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlamışdır. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilmiş və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmamışdır. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış etmişdir. 1980-ci ilin 25 iyulunda "Hamlet" tamaşasına üç gün qalmış vəfat etmişdir. 1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb"("Nerv") çap olunmuşdur.
1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdir.[5]