Şöhrət-fəza xanım (1829, Soçi – 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı.
Şöhrət-fəza xanım | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1829 |
Doğum yeri | |
Vəfat tarixi | 1895 |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi.
İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi. 1876-cı ildə İsmayıl Paşanın digər xanımı olan Camalnur Qadınəfəndinin ölümünün ardından, onun oğlu Əli Camalı da övladlığa götürən Şöhrət-fəza xanım 1895-ci ildə vəfat etdi və cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.