Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region,[1] Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir.[2] Rusiyanın ən çoxmillətli regionu.
Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir.
Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik.
Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir. İqlimə rayonun 3 dənizin qonşuluğunda yerləşməsi də təsir etmişdir (Xəzər, Azov və Qara dəniz). İqlimyara funksiyanı əsasən Qara dəniz oynayır.
Torpaq örtüyü müxtəlifdir. Şabalıdı və qaratorpaqlar Azov dənizindən Vladiqafqaza qədər olan düzən ərazilərdə və dağətəyi zolaqda yayılıb. Burada meyvə və üzüm bağları vardır, eləcə də müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir. Azovətrafı və Ön Qafqazın qaratorpaqları dənli bitkilərin əkildiyi ərazilərdir. Boz yarımsəhra və çöl torpaqları Stavropol diyarı və Dağıstanda yayılıb. Bura Şimali Qafqazın otlaq heyvandarlıq rayonudur. Açıq-şabalıdı və allüvial-çəmən torpaqları yayılan ərazilərdə də əkinçilik inkişaf etdirilir. Dağ yamaclarında meşə və dağ-meşə torpaqları yayılıb.
Regionun su ehtiyatları kifayət qədərdir (69,3 km³). Lakin su təminatına və adambaşına göstəricilərinə görə Şimali Qafqaz Rusiya Federasiyasında sonuncu yerlərdən birini tutur. Su ehtiyatlarının rayon ərazisi daxilində, eləcə də fəsillər üzrə qeyri-bərabər paylanması onların istifadəsini çətinləşdirir. Suvarmadan aktiv istifadə olunan yerlərdə (Don, Kuban, Terek çaylarının hövzələri) su problemi mövcuddur. Rayonda göllər məhduddur, ən böyük su anbarı 2702 km² olan Simlyan-dır. Yeraltı suların potensial ehtiyatı 34876 min m³/sutkadır, lakin onların istifadə səviyyəsi çox yüksəkdər. Yeraltı suların istehlakına görə Krasnodar diyarı xüsusilə seçilir.
Ümumilikdə rayon üçün meşə ərazilərinin az yayılması xarakterikdir (10%). Lakin Şimalı Qafqazın meşə ehtiyatları növ tərkibinə görə seçilir. Meşələrin böyük bir hissəsi hal-hazırda qırılmışdır.
Rayonun rekreasiya ehtiyatları daha qiymətlidir. Bu ehtiyatlar içərisində iqlim xüsusilə fərqlənir. Həmçinin, mineral su ehtiyatları da kifayət qədər məşhurdur və onlardan balneloji məqsədlər üçün geniş istifadə edilir. Nalçik, Maykop, Mahaçqala, Qayakənd, Riçal-Su ərazisinin azotlu, azot-metanlı mineral suları vardır. Həmçinin Soçi və Dağıstanın azot və metan-sulfidli termal, xloridli və xlorid-hidrokarbonatlı (natrium tərkibli) mineral suları məşhurdur. Mineral su ehtiyatları ilə Böyük Qafqazın şimal dağətəyi hissəsi, Qafqazın Qara dəniz sahili yamacı daha zəngindir (Stavropol diyarı, Kabardin-Balkar və Şimali Osetiyanın dağətəyi hissəsi).
Qədim rekreasiya rayonu — Qafqaz Mineral Suları unikallıq və daha çox mənimsənilmə səviyyəsinə görə seçilir. Burada balneoloji kurortlara Pyatiqorsk, Kislovodsk, Yessentuki, Jeleznovodsk misaldır. Rayonda yerləşən göllərin də müalicəvi əhəmiyyəti vardır: Pyatiqorsk yaxınlığında Tambukan və Anapa yaxınlığında Çemburq (palçıq) gölləri.Qafqaz təbiətinə görə Alp və Balkanlara bənzəyir.
Şimalı Qafqaz sahillərinin xüsusi ticarət əhəmiyyəti vardır.Zonada aşağıdakı portlar var: Novorossiysk ən böyük Rusiya portu, Tuapse portu, Mahaçqala portu; Böyük kontinental neft-qaz kəmərləri Xəzər boru konsersiumu,Bakı-Novorossiysk neft kəməri,"Mavi yanacaq" qaz kəməri,Saratov neftayırma zavodunun tikilən kəməri, Lukoyl-Volqoqrad-Novorossiysk neft kəməri. Novorossiysk portuna həmçinin iri dəmiryol və avtomobil yolları də birləşir Şimalı qafqazda Rusiya Federasiyasının aşağıdakı subyektləri yerləşir:[2]