Şöhrət Məmmədov

Şöhrət Elçin oğlu Məmmədov (1 iyul 1995, Fərəhli, Qazax rayonu) — azərbaycanlı müğənni, bəstəkar.

Şöhrət Məmmədov
Şöhrət Elçin oğlu Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi 1 iyul 1995(1995-07-01) (28 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, mahnı müəllifi[d]
Fəaliyyət illəri 2019–h.h.
Janr estrada
Musiqi alətləri Gitara
Piano

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Şöhrət Məmmədov 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuşdur, peşekar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmaq qərarına gəlmişdir. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Şöhrət Məmmədov hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində böyük bir kütlənin sevgisini, marağını qazanmışdır. "Ay Ömrüm" mahnısı ilə musiqi sahəsində böyük maraq yaratmış Şöhrət Məmmədov bundan sonra da bir neçə hitlər ərsəyə gətirmiş və öz tamaşaçı kütləsini toplamışdır. Sənətçinin karyerasında "Öpüm Nəfəsindən" adlı mahnısı ilə milyonların sevgisini qazanmışdır.[1][2][3][4][5] Bu mahnı bir neçə ölkədə səslənmişdir.[6][7] Türkiyənin sənətçiləri Mustafa Ceceli və Ekin Uzunlar tərəfindən səsləndirilmişdir.[8] Milyonların sevgisini qazanan Şöhrət Məmmədov bir neçə gün öncə təqdim etdiyi "Olarmı" mahnısı da qısa bir zamanda böyük marağa səbəb olmuşdur. Sonuncu təqdim etdiyi "O Sənsən" mahnısı qısa bir müddət ərzində YouTube platformasında trenddə birinci yerə çıxmağı bacarmışdır.[9][10][11]

Diskoqrafiyası[redaktə | mənbəni redaktə et]

Sinqlları[redaktə | mənbəni redaktə et]

  1. Bir Gözələ Vuruldum
  2. Ay Qız
  3. Ay Ömrüm
  4. Mashup 1
  5. Mashup 2
  6. Səni Qəmgin Görəndə
  7. Bir Gün Gələr Yarım
  8. Havalandım
  9. Bir Arzu Tut
  10. Gecə Sevdiyin İnsanlar
  11. Xatirələr
  12. Aylara
  13. Ay Ömrüm
  14. Gülüm Gülüm
  15. Olsun Olsun (Burak Şerit Remix)
  16. Qəlbim
  17. Sus
  18. Türkish Mashup
  19. Xəstə
  20. Yalan Dünya
  21. Məni Düşünərsən (& Cavid Tağızadə)
  22. Sus (& Səbinə Selcan)
  23. Popuri
  24. Ahuzar İçində (Remix)
  25. Şəhidim
  26. Öpüm Nəfəsindən
  27. Allahım
  28. İrəli Əsgərim
  29. Olarmı
  30. O Sənsən
  31. Adını qoymadığım
  32. Ölürəm Yar (& Rəhim Rəhimli)
  33. İmkansızım
  34. Özümsən Mənim
  35. Mənim Olmayanım
  36. Ömrüm Günüm
  37. Sənli Xatirələr
  38. Varsa Eşq (& Mustafa Ceceli)
  39. Qırmadan get
  40. Onu bağışlamaq olarmı? (& Eyubova Dildara)
  41. Dünya tərsinə dönəcək
  42. Bilmiyorlar
  43. Ağlama anam
  44. Sevdinmi məni?
  45. Get
  46. Sarğılar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ÖPÜM NEFESİNDEN İLE GÖNÜLLERİ FETHETTİ!". yenigungazetesi.net (türk.)). YeniGün. 9 Noyabr 2020. 2021-05-02 tarixində arxivləşdirilib.
  2. "Şöhret Memmedov kısa sürede büyük bir rekora imza attı". magazinname.com (türk.)). MAGAZİNname. 8 Noyabr 2020. 2021-01-21 tarixində orijinalından arxivləşdirilib.
  3. "Şöhret Memmedov'dan yeni klip!". muud.com.tr (türk.)). Muud. 10 Noyabr 2020. 2021-05-02 tarixində arxivləşdirilib.
  4. "ŞÖHRET MEMMEDOV ÖPÜM NEFESİNDEN İLE GÖNÜLLERİ FETHETTİ!". ellerimizledergi.com (türk.)). ellerimizle. 17 Noyabr 2020. 2021-05-02 tarixində orijinalından arxivləşdirilib.
  5. "AZERBAYCAN'IN 32 MİLYON GURURU!". oncevatan.com.tr (türk.)). VATAN. 26 Noyabr 2020. 2021-01-16 tarixində arxivləşdirilib.
  6. "AZERBAYCAN'IN 32 MİLYON GURURU!". gazetebirlik.com (türk.)). YeniBirlik. 10 Noyabr 2020. 2021-05-02 tarixində arxivləşdirilib.
  7. "Klipi kısa bir sürede 34 milyon kişi izledi". katgut.com (türk.)). KATGUT. 10 Noyabr 2020. 2020-11-27 tarixində arxivləşdirilib.
  8. "5 günde 5 milyon dinleyici". sabah.com.tr (türk.)). Sabah. 16 Dekabr 2020. 2020-12-16 tarixində arxivləşdirilib.
  9. "O SENSEN ÇOK KONUŞULACAK!". GazeteBirlik.com (türk.)). YeniBirlik. 7 May 2021. 8 May 2021 tarixində arxivləşdirilib.
  10. "Şöhret Memmedov'dan bir hit daha "O Sensen" çok konuşulacak". globalgazetesi.com (türk.)). GlobalGazetesi. 7 May 2021. 8 May 2021 tarixində arxivləşdirilib.
  11. "Şöhret Memmedov'dan bir hit daha "O Sensen" çok konuşulacak". sonstargazetesi.com (türk.)). SONSTAR. 7 May 2021. 8 May 2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]