Şövkət Faziloviç Əbdüsalamov (özb. Shavkat Fozilovich Abdusalamov, rus. Шавкат Фазилович Абдусаламов; 28 aprel 1936, Daşkənd) — SSRİ, Özbəkistan və Rusiya rəssamı, aktyoru, yazıçısı, rejissoru.
Şövkət Əbdüsalamov | |
---|---|
Doğum tarixi | 28 aprel 1936 (88 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, ssenarist, istehsal dizayneri[d] |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0008324 |
Vikianbarda əlaqəli mediafayllar |
Şövkət Faziloviç Əbdüsalamov 28 aprel 1936-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olmuşdur. O, 1966-cı ildə VGİK-i bitirmişdir. İlk fərdi sərgisi 1972-ci ildə baş tutmuş, lakin rəsmlərin dini mövzularına görə tez bağlanmışdır.[1] Onun rəsm əsərləri Tretyakov qalereyasında, ABŞ-da Nensi və Norton Dodc kolleksiyasında saxlanılır. 2000-ci ildə Əbdüsalamovun "<i>Təkbaş</i>" romanı Rusiya Buker mükafatının siyahısında idi. 2002-ci ildə rəssam "Sukrovitsa" filmini çəkərək rejissor kimi fəaliyyətə başlamışdır.[2]