Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor.
Şövkət Babayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Süleyman Rəşidi |
Musiqiçi məlumatları | |
Musiqi aləti | Tar |
Mükafatları | Şərəf Nişanı |
Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır.
Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu.
Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. [1]
1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı.[2][3][4]
1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı.
Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur. Onun 30 illik fəaliyyəti və böyük əməyi üçün ona "Şərəf Nişanı" verildmişdir.