Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordenin kavalerı, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən).[1]
Ramiz Abutalıbov | |
---|---|
Ramiz Abutalıb oğlu Abutalıbov | |
Doğum tarixi | 27 oktyabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 2022 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Mükafatları | |
Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir.
1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.
Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989–1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.
Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.
Bakı Media Mərkəzi 2016-cı ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edilmişdir.
Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.
Ramiz Abutalıbov 2022-ci il, yanvarın 1-də Moskva xəstəxanasında vəfat edib.[2]
4 yanvar 2022-ci ildə Bakıda, II Fəxri xiyabanda dəfn edilib.[3]
Ramiz Abutalıbov, Geirgi Mamulia "Əlimərdan bəy Topçubaşının 1919 – 1940 Paris arxivi" – Moskva: "Bədii ədəbiyyat" nəşriyyəti, 2016 4 cilddə