Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı[1]
Şövkət Hüseynova | |
---|---|
Üzvlüyü |
Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir. 1993-cü ildə rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə folklor festivalında iştirak etmişdir. 2000-ci ildə Milli Məclisə deputatlığa namizəd seçilmişdir.
O, ilk ədəbi yaradıcılığa “Bahar” şeiri ilə başlamış, xalq şairi Hüseyn Arif ona uğurlu yol yazmışdır. “Sənsiz-səninlə”, “Yazıçı nəşriyyatı, (1989) çoxcildlik”, “Azərbaycanın görkəmli təbibləri” kitablarının müəllifidir. “Azərbayc\anın görkəmli təbibləri” 1-cild, “İşıq” nəşriyyatı – kitabda verilən elmi-bədii-sənədli oçerk və məqalələrdə Azərbaycan təbib alimlərinin üç nəsli, onların həyatı və elmi fəaliyyəti haqqında, əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verilir. (1994) “Xatirələrdə əbədiləşən sənətkar”, “Bayatı” nəşriyyatı, (1994) “Müasir nəsrdə janr və üslub axtarışları”, “Bayatı” nəşriyyatı, (1995) “Azərbaycanın tibb alimləri” (II cild) “Təbib” nəşriyyatı, (1996) “Sənətilə sevilənlər”, “Təbib” nəşriyyatı, (1996) “Ömrün əllinci fəsli” (1996) “Bayatı” nəşriyyatı (1996) “Ürəklərdə yaşayırsan, Əlif!”, “Zaman”, (1999) “Azərbay\canın tibb alimləri” “Azərnəşr”, (III cild, 2001) “Həqiqətə gedən yolda”, “Ünsiyyət” nəşriyyatı, (2002) Professor Əli Əlirzayevin “Nehrəm” kitabının ön söz və redaktoru, “Adiloğlu” nəşriyyatı, 2003 “Tanrı işığında” “Sabah” nəşriyyatı (2004) “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” (E.İskəndərzadə və A.Məmmədli ilə birgə), “Çaşıoğlu” nəşriyyatı, (2003) “Professor Kərəm Kərimov” “Parni iz Baku” nəşriyyatı, (2006) “İşıq və nur vəhdəti”. “Parni iz Baku” (2007) nəşriyyatı tərəfindən çap edilən kitabların müəllfiidir. 2009-cu ildə onun redaktorluğu ilə (təkmilləşmiş təkrar nəşr) “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” kitabı çapdan çıxmışdır. 2015-ci ildə “Apastrof” nəşriyyatı tərəfindən “Qədim musiqi alətlərinin tədqiqatçısı (M.Kərimov-70)” geniş həcmli kitabın müəllifi, 2016-cı ildə isə “Baxıram bu dünyaya”, “Gənclik” nəşriyyatında kitabları çapdan çıxmışdır. 2020-ci ildə “Sənətlə həyatın vəhdəti” nəşr olunur. Uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olaraq dosent kimi fəaliyyətini davam etdirir. Respublika prezidentinin “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” imzaladığı fərmana əsasən 2012-ci ildə prezidentin xüsusi təqaüdünə layiq görülmüşdür. 2013-cü ildə Şövkətin redaktorluğu ilə “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” kitabı nəşr olunmuşdur. Şövkətin ədəbi-publisist yazıları və nəsr əsərləri dövrü mətbuatda müntəzəm çap olunur. “Həsən bəy Zərdabi”, “Məhsəti Gəncəvi”, “Natəvan” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.