Şüa izləmə

Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm.

Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.