Şüalı sovka (lat. Aedophron phlebophora) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.[1]
Şüalı sovka | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şüalı sovka |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları naxışsız olub, zəif şəkildə sarımtıl-qırmızıdır, damarları tünd qırmızı şüaya oxşayır, bu da kəpənəyə gözəl görkəm verir.[2]
Kiçik Asiya, Türkiyə, Suriya, Yunanıstan, İran, Qafqaz ərazilərində yayılmışlar. Azərbaycanda isə Naxçıvan MR-da və Talış dağ-səhra ərazisində məhdud halda təsadüf edilir.
Kserofit dağlıq stasiyalarda. Yaşayış tərzi və qidalandığı bitkilər məlum deyil. Kəpənəyi iyunun əvvəllərindən iyulun axırlarına qədər uçur.
Azsayda təsadüf edilir, cəmi 4 kəpənəyi tutulmuşdur.[3]
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.