Şüheyb ər-Rumi

Şüheyb ər-Rumi (ərəb. صهيب الرومي‎; 587, İraq, Sasanilər dövləti1 mart 659, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Erkən yaşlarında bizanslılar tərəfindən əsir götürüldüyündən ər-Rumi ("Romalı") olaraq anılır.

Şüheyb ər-Rumi
Doğum tarixi 587
Doğum yeri
Vəfat tarixi 1 mart 659
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti tacir, əsgər, imam

Tam adı: Əbu Yəhya Şüheyb ibn Sinan ibn Malik ən-Numeyri ər-Rumidir. Atası Sinan ibn Malik Bənu Numeyr adlı ərəb qəbiləsindəndir. Fars padşahı II Xosrov Pərviz Sinanı Bəsrəyə aid olan köhnə əl-Ubul şəhərinə hakim (satrap) təyin edir. Anası Səlma Bənu Təmim qəbiləsindəndir.

İran-Bizans müharibəsi zamanı o, anası ilə İraqda olub. Bir dəfə anası kiçik oğlu, yoldaşları və qulluqçuları ilə dincəlmək üçün İraqın əl-Saniy kəndinə gedir. Bu kəndə bizanslıların bir dəstəsi hücum etdiyində, onlar mühafizəçiləri öldürür, mallarını talayır və uşaqları əsir götürürlər. Onların arasında beş yaşlı Şüheyb də var idi. Bizans ərazisində satılaraq bir sahibdən digərinə keçir. Bu səbəbdən Şüheyb yunan dilini mükəmməl bilirdi və ərəb dilini[1] demək olar ki, unudur.

Uzun illər sonra o, (başqa bir versiyaya görə, Bizansdan qaçır) Məkkəyə gətirilir, burada onu ərəb qəbiləsinin Kəlbit tayfasının nümayəndəsi Abdullah ibn Cudan alır və sonra azad edilir. Abdullah onunla ticarət etməyə başlayır və qısa müddətdə Şüheyb varlanır.

Məhəmmədin peyğəmbərlik missiyasının başlandığını eşidən Şüheyb əl-Ərkamın evində onun yanına gəlir və İslamı qəbul edir. İlk müsəlmanlardan biri olur. İslamı qəbul etdiyi üçün Qüreyş onu zülmə və hətta işgəncələrə məruz qoyur. Şüheybin, eləcə də Bilal, Əmmar, Həbbab və digər müsəlmanların vəziyyəti onların Məkkəli olmamaları, heç bir Məkkəli ailə və qəbilə himayəsində olmamaları ilə daha da ağırlaşır.

Müsəlmanlar kütləvi şəkildə Mədinəyə hicrət etməyə başlayanda Məkkəlilər Süheybə şəhəri tərk etmək imkanı vermirlər. Üzərinə nəzarətçilər təyin edildiyindən, onlardan qaçıb sərvəti özü ilə aparması mümkün deyildi. Süheyb bir çuxur qazır, var-dövlətini orada basdırır və sonra yola düşür. Mədinəyə gedərkən yolda nəzarətçilər onu yaxalayır və o, azadlığı müqabilində xəzinəsinin yerini açıqlamalı olur. Şüheyb Kubbəyə çatanda Məhəmməd peyğəmbər onu görüb, ona tərəf addımlayıb sevinərək deyir: "Ticarət sərfəli idi, ey Əbu Yəhya… Ticarət qazanclı idi". Bəzi Quran təfsirçiləri belə hesab edirlər ki, Bəqərə surəsinin 207 ayəsi Süheyblə bağlı nazil olmuşdur.

Şüheyb hicrətdən sonra müsəlman dövlətçiliyinin möhkəmləndirilməsində iştirak edir. O, müsəlmanların bütün böyük döyüşlərində iştirak etmişdir. Oxçuluqda dəqiqliyi ilə seçilməsi ilə fərqlənir.

Məhəmməd peyğəmbərin vəfatından sonra ilk xəlifələrə yaxın olmuşdur. Xəlifə Ömər ibn Xəttabın ölümündən əvvəl Süheybəyə altı səhabədən ibarət məclis yeni xəlifə seçənə qədər 3 gün Məscidül-Nəbi məscidində camaat namazı qılmağı vəsiyyət edir.

Süheyb ər-Rumi 658-ci ildə təxminən 70 yaşında Mədinədə vəfat etmişdir.

  1. "إسلام ويب - سير أعلام النبلاء - الصحابة رضوان الله عليهم - صهيب بن سنان- الجزء رقم1". islamweb.net (ərəb). 2018-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]