Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şükür Həbib oğlu Rzayev (21 oktyabr 1929, Şuşa, DQMV – 17 iyul 2006, Bakı) — hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru. 1982–1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1994–1998-ci illərdə Bakı şəhər prokuroru işləmiş, 1983–1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Şükür Rzayev | |
---|---|
15 oktyabr 1994 – fevral 1998 | |
Əvvəlki | Adil Ağayev[1] |
Sonrakı | Ədalət Mirsalamov[2] |
yanvar 1992 – aprel 1993 | |
Əvvəlki | vəzifə təsis olundu. |
Sonrakı | vəzifə ləğv olundu. |
16 yanvar 1982 – 13 may 1986 | |
dekbar 1959 – fevral 1965 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 oktyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 2006 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Uşağı | |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağda dünyaya göz açmışdır.[3] Üç bacısı (Fatma, Səltənət, Məhbubə) və üç qardaşı (Hidayət, Rəşid, Əbülfət) ilə birlikdə uşaqlıq illərini Şuşanın "Merdinli" məhəlləsində keçirmişdir.
Şükür Rzayev dörd yaşında ikən ailələri Bakı şəhərinə köçür. 1937-ci ildə 173 saylı məktəbin birinci sinfinə daxil olur. Bir müddət Ağdamda yaşamaları ilə əlaqədar orta təhsilini orada davam etdirir. Ailələrinin yenidən Bakıya qayıdışından sonra, 132 saylı məktəbdə təhsilin davam etdirir və məktəbi qızıl medalla başa vurur. 1948–1953-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alır. 1953-cü ildə Şükür Rzayev universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatı üzrə respublikanın prokurorluq orqanlarında işləməyə başlayır.
2006-cı ildə ölmüşdür.
Şükür Rzayev əmək fəaliyyətinə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası prokurorunun köməkçisi kimi başlayır. 1957-ci ilin fevral ayına qədər Naxçıvanda çalışıb.
1957-ci ildə Bakı şəhəri Əzizbəyov rayon prokurorluğuna müstəntiq təyin olunur. 1957–1959-cu illərdə Azərbaycan Respublikası Prokurorluğunun Məhkəmələrdə cinayət işlərinin baxılmasına nəzarət və İstintaq şöbələrinin prokuroru vəzifəsində çalışır.
1959-cu ilin dekabr ayında Lənkəran rayonlararası (Lənkəran-Lerik-Astara rayonları) prokuroru təyin edilir.
1965-ci ilin fevral ayında qanunvericiliklə nəzərdə tutulan prokurorluq müddəti bitdiyi üçün yenidən öz əvvəlki vəzifəsinə — Azərbaycan Respublikası Prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsinə qaytarılır. On ildən artıq — 1966-cı ilin iyun ayından həmin şöbədə rəis müavini, 1976-cı ilin noyabr ayından 1979-cu ilin may ayına qədər isə Respublika Prokurorluğunda Daxili işlər orqanlarında istintaqa və təhqiqata nəzarət şöbəsinin rəisi vəzifələrində çalışır.
1979-cu ilin may ayında Şükür Rzayev Respublika Prokurorluğunda Məhkəmələrdə cinayət işlərinin baxılmasına nəzarət şöbəsinə rəis təyin edilir və 1982-ci ilin yanvar ayınadək bu vəzifədə işləyir.
1981-ci ildə Azərbaycan SSR Nəqliyyat Prokurorluğu yaradılır (vilayət prokurorluğu hüququnda), 1982-ci il yanvarın 16-da Şükür Rzayev respublika nəqliyyat prokuroru təyin edilir. 1984-cü ildə Şükür Rzayevin təşəbüsü ilə Azərbaycanda ilk dəfə prokurorluq orqanlarının ümumittifaq müşavirəsi keçirilir. 13 may 1986-cı ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə Şükür Rzayev respublika nəqliyyat prokuroru vəzifəsindən azad edilir. Bundan sonra o, 1986–1987-ci illərdə Respublika Prokurorluğunun İstintaq idarəsində prokuror, 1987-ci ildən isə Bakı Şəhər Prokurorluğunda əvvəl İstintaq, sonra isə Daxili işlər orqanlarında istintaqa və təhqiqata nəzarət şöbəsinə prokuror işləyir.
1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur.
Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq "QAZ-24" markalı maşında naməlum istiqamətə aparır. Erməni girovluğunda 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir.
1992-ci ilin yanvar ayında Qarabağ rayonlararası prokurorluğu yaradılır və Şükür Rzayev öz şəxsi təşəbbüsü ilə Qarabağ rayonlararası prokuroru təyin edilir. 1993-cü ilin aprelində həmin prokurorluğun ləğv olunması ilə əlaqədar o, yenidən Respublika Prokurorluğunda Ümumi nəzarət şöbəsinə prokuror təyin edilir. 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabrınadək Respublika Prokurorluğunda Daxili işlər orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəisi işləyir.
1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Şükür Rzayev Bakı şəhər prokuroru təyin edilir[4] və 1998-ci ilin fevralınadək bu vəzifədə çalışır.
1998-ci ilin fevralında prokurorluq orqanlarında 45 illik fəaliyyətini başa vuraraq təqaüdə çıxır.
Şükür Rzayev 1983–1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. O, 1988-ci ildə bir qrup ziyalı ilə birlikdə "Təhsil" Cəmiyyəti yaradılmasının təşəbbüsçülərindən olur. 1990-cı ilin avqustunda "Təhsil" cəmiyyəti Ədliyyə Nazirliyində qeydiyyata alınaraq rəsmi fəaliyyətə başlayır.
1960-cı ildə Şükür Rzayev Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilir.
1967-ci ildə SSRİ Baş Prokuroru R. A. Rudenkonun imzası ilə "Oktyabr inqilabının 50 illik yubileyi şərəfinə" Fəxri Fərmanla təltif olunur. 1970-ci ildə "Şərəfli əməyinə görə və V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, 1972-ci ildə ikinci dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və SSRİ Prokurorluğunun yaradılmasının 50 illiyi münasibətilə Ümumittifaq "Bilik" cəmiyyətinin Fəxri Fərmanı ilə ilə mükafatlandırılır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L. İ. Brejnevin 26 may 1982-ci il tarixli fərmanı ilə Şükür Rzayevə 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri rütbəsi verilir.
1984-cü ildə "Əmək veteranı" medalı, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri fərmanı ilə təltif edilir.