Şükür Səmədov — Azərbaycanın xalq artisti (2005),Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının dosenti
Şükür Səmədov | |
---|---|
Səmədov Şükür Hacıbala oğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şabran, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Təhsili | Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası |
Mükafatları |
Səmədov Şükür Hacıbala oğlu 1965-ci il Şabran rayonunda anadan olub.
1982-1989-cu illərdə klarnet ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1983-1985-ci illərdə ordu sıralarında Moskva şəhərində hərbi orkestrdə qulluq edib.
1986-cı ildən Azərbaycan Dövlət Opera teatrının simfonik orkestrində 1998-ci ildən isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrində klarnet qrupunun konsertmeysteridir. 2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin direktorudur.
2002-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir 2014-cü ildən nəfəs və zərb alətləri kafedrasının dosentidir.
Azərbaycan Dövlət Respublikasının prezidentinin fərmanı ilə 2002-ci ildə Respublikanın əməkdar artisti [1], 2005-ci ildən isə xalq artisti fəxri adlarına layiq görülüb [2] .
7 may 2021-ci ildə[3], 10 may 2022-ci ildə[4], 6 may 2023-cü ildə[5] və 9 may 2024-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.