Şükran günü

İlk Şükran Günü yeməyi, Jan Leon Jerom Ferris tərəfindən çəkilən şəkil. 1912–1915 arası.

Şükran Günü (ing. Thanksgiving) — ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞ-də isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılaraq yalnız ailə və tanrıya həsr edilən bir məna kəsb etmişdir. Hind toyuğu bugünün ənənəvi yeməyidir.

Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti gətirmişdilər. Plimutda hələ ki bir neçə bina var idi. Açıq sahədə nizamsız bir şəkildə reallaşan mərasimdə maral əti və ev heyvanları ilə yanaşı dəniz məhsulları, tərəvəz və pivə də var idi. Dil maneəsi səbəbiylə bir-birini çox da yaxşı anlamayan bu iki qrup aralarında oyunlar və müsabiqələr təşkil etdilər. Bu hadisə iki tərəf arasında kral Filip döyüşünə qədər davam edəcək bir sülhün təməlini qoydu. 1675–1676-cı illər arasında baş verən döyüşlərdə yüzlərlə koloniyaçı və minlərlə hindi həlak oldu. Plimutda məskunlaşan ilk koloniyaçıların üçdə birindən çoxu İngiltərədəki Puritan kilsəsinin radikal bir qoluna mənsub idilər. Vətənlərindəki dini təzyiq və zülmlərdən qaçaraq əvvəlcə Hollandiyaya, sonra isə Amerikaya gəlmişdilər. Səyahətləri dini məzmunlu olduğuna görə, bu ilk koloniyaçılara sonradan (1800-cü illərdə) "Pilgrim" (hacı, zəvvar) və ya "Pilgrim Fathers" (hacı/zəvvar atalar) deyilməyə başladı. Plimutun ilk qubernatoru Uilyam Bredforda aid bir sənəddə Hollandiyadan gələn mühacirlərdən "müqəddəs" deyə bəhs edilir. 1863-cü ildə prezident Abraham Linkoln Şükran gününün milli bayram olmasını təklif etdi, lakin bu təklif Konqresdə 1941-ci ildə qəbul edildi və hər il noyabr ayının son cümə axşamı Şükran günü, milli bayram kimi qeyd edilir. Qırmızıdərililər arasında isə Şükran günü "Yas günü" kimi qeyd edilir.