Şütür

Şütür-Azərbaycanın erkən şəhərlərindən biri.Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, BeyləqanaŞəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır.

Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim GəncəBərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi.

Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi оlan 34 fərsənglik yоl Хaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Хanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən kеçirdi. Daha sоnra bu yоl Şəmkür, Yurd-Şadakban, Ağstafa, Yam və s. yеrlərdən kеçib, Tiflisə çatırdı. Yоlun bu hissəsinin uzunluğu 20 fərsəng, ümumi Qarabağ yоlunun uzunluğu isə 45 fərsəng idi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]