Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər. Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər. Küləklər rejiminə görə təsnifləşdirilir.[1]
Yuxarı tropesfer və aşağı stratosferdə sürəti 100 km/saatdan artıq olan külək sahəsi şırnaqlı axın adlanır. Şırnaqlı axın yüksək atmosfer cəbhəsi ilə əlaqədardır. Bundan başqa BTX-də də şırnaq axın müəyyən edilir. MT-də sürəti 30 m/san-dən artıq olan və üfüqi ox üzərində yerləşən uzunluğu bir neçə 100 km, bəzən 1000 km-dən artıq dar, ensiz külək sahəsi şırnaq axın sərbəst atmosferdə müşahidə edilir, bəzi hallarda bütün yer kürəsi boyunca yayılır.[2] Troposfer axım (arktik, mülayim və subtropik). Coğrafi enliyi arktik 70–90, mülayimdə 45–65, subtropik 25–35(qışda), 35–45(yayda). Troposfer axım müxtəlif enliklərdə fərqli hündürlüklərdə müşahidə edilir. Arktik enlikdə qışda 6–8 km, mülayimdə 8–12 km, subtropikdə 12–16 km-də müşahidə edilir. Troposfer axınının orta sürəti arktik enlikdə 40k/s, mülayimdə 50k/s, subtropikdə 40–50 m/san. Maksimum sürəti isə bütün enliklərdə 100 m/san-dən artıq ola bilər.[3] Stratosfer şırnaq axını aşağı coğrafi enlikdə və ərazidə üstünlük təşkil edir. Stratosfer qərb qərb (qışda) coğrafi enliyi 50–80 km, statosfer şərq (yayda) 50–80 şimal enliyi. Axırım hündürlüyü müvafiq olaraq statosfer qərb üçün 20–25 km, startosfer şərq üçün 16–20 km, ekvator üçün isə 2–30 km. Stratosfer şırnaq axınının orta sürəti stratosfer qərb üçün 40–50, stratosfer şərq üçün yayda 30–40km/s, ekvator üçün 30–40. Stratosfer şırnaq axınının maksimal sürəti stratosfer qərb və şərq üçün 100 km/saniyədən artıq, ekvator üçün 50 m/san olur. Atmosferin yuxan təbəqəsində müşahidə olunan çıtnaq axım Qərb (qışda), şərq (yayda). Enlik yoxdur (bunlar üçün ayrılmır), hündürlük hər biri üçün 50–60km, sürətlər 50–60 m/san, maksimum sürət isə 100 m/saniyədən artıq. Şırnaq axımımı daxilində küləyin sürəti hündürlüyə görə əvvəlcə artır, sonra isə azalır. Şırnaq axım oxundan uzaqlaşdıqca küləyin maksimum sürəti azalır. Şırnaq zonalarında uçuşlar. Şırnaq axınları zonası uçuşlara müxtəlif təsir göstərir, mülki aviasiya uçuşlarının əksəriyyətinin yerinə yetirdiyi hündürlüyün tropopauzayadək olduğunu nəzərə alsaq, həmin hündürlük üçün ən çox xarakterik olan hal şırnaq axınlarıdır. Şırnaq axınları uçuşlara ekvivalent külək kimi təsir edir. Belə ki, uçuş istiqaməti boyunca yerləşən uçuşda vaxt itkisi, yanacaq itkisi az olur.[4]