Bu məqaləni vikiləşdirmək lazımdır. |
Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir.
Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5–10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir. Bu şkalaya görə küləyin sürəti müxtəlif effektlərlə əlaqələndirilir. Məs; dənizin dalğalanması, budaqların yırğalanması, borulardan tüstünün çıxması və s. Bofort şkalasında sıfır — ştilə, 4 bal külək Bofort şkalasında mülayim adlanıb 5–7 m/san; 7 bal güclü külək olub 12–15 m/ san, 9 bal isə fırtına olub 18–21 m/san, nəhayət 12 bal tufan olub 29 m/san güclü küləyə uyğun gəlir. Küləyin sürətini orta və ani sürət olmaqla iki yerə bölürlər. Ani sürət çox böyük tərəddüdə malik olub, orta sürətdən xeyli fərqlənə bilər. Yer səthində ən çoxu 4–8 m/san. Küləklər müşahidə edilir. Lakin hər halda tufan və fırtınalar zamanı sürət 30 m/san, hətta 60 m/san ola bilər.[1]
Küləyin gücü Arxivləşdirilib 2016-12-26 at the Wayback Machine