Şəbəkə gərginliyi — dəyişən cərəyanın elektrik şəbəkəsində gərginliyin orta kvadrat qiyməti.
Elektrik enerji təchizatının iki prinsipial xüsusiyyəti var: gərginlik və tezlik. Cənubi Amerika və Avstraliyanın, Asiyanın, Afrikanın böyük hissəsində , Avropada 230 V gərginlik və 50 Hs tezlik istifadə edilir. Şimali Amerikada isə 120 V gərginlik və 60 Hs tezlik istifadə olunur. Digər gərginliklər də mövcuddur və bəzi ölkələrdə 230 V gərginlik və ancaq 60 Hs tezlik istifadə olunur.