Hers (qısaca ing. Hz, azərb. Hs) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir:
Hers | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | Tezlik[1][2] |
Adını daşıyır | Henrix Hers |
Vikianbarda əlaqəli mediafayllar |
1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır.
Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.[3]. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Onluq bölünən ədədləri və ayrı-ayrı vahidlər Sİ-in standart ön şəkilçilərinin köməyi ilə yaradır.
Dərəcəsi | Adı | Simvolu | Dərəcəsi | Adı | Simvolu |
---|---|---|---|---|---|
100 | Hers | Hs | ~ | ~ | ~ |
101 | dekaHers | deHs | 10−1 | desiHers | dHs |
102 | hektaHers | hHs | 10−2 | santiHers | cHs |
103 | kiloHers | KHs | 10−3 | milliHers | mHs |
106 | meqaHers | MHs | 10−6 | mikroHers | µHs |
109 | giqaHers | GHs | 10−9 | nanoHers | nHs |
1012 | teroHers | THs | 10−12 | pikoHers | pHs |
1015 | pekaHers | PHs | 10−15 | femtoHers | fHs |
1018 | eqzaHers | EHs | 10−18 | attoHers | aHs |
1021 | zettaHers | ZHs | 10−21 | zeptoHers | zHs |
1024 | yottaHers | YHs | 10−24 | yoktoHers | yHs |
Sİ-də hersdən başqa daha eyni bərabərliyə malik (1/s) bir törəmə vahid mövcuddur: bekkerel törəmə vahidi. Vahidlərin ikisi də bərabərliyə malikdir, amma adlarının müxtəlifliyi, onların tətbiq sferalarının fərqi ilə bağlıdır: Hers yalnız dövri proseslər üçün istifadə olunur, amma Bekkerel — yalnız radionuklidlərin[4] dağılmasının təsadüfi prosesləri üçün istifadə olunur.