Şəbəkə keçidi

Şəbəkə keçidi, şlüz (ing. gateway, rus. шлюз) – ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu. Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən (BRIDGE) fərqli olaraq, şlüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.