Şəbəkə səviyyəsi

Şəbəkə səviyyəsi (ing. network layer) – kompüter-kompüter rabitəsini standartlaşdıran ISO/OSI modelinin yeddi səviyyəsindən üçüncüsü. Məlumdur ki, informasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir sxemdən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilən paketlərə bölünə bilər. Şəbəkə səviyyəsinin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaq, eləcə də digər səviyyələrin aktiv marşrutuna çıxışı qapamaqdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]