Şəfəq (qəzet, İraq)

"Şəfəq" (qəzet) — ədəbi, elmi, ictimai dərgi.

"Şəfəq" (qəzet)
Növ ədəbi, elmi, ictimai
Sahibi Abdulqadir Bərzənci
Yaranma tarixi 15 yanvar 1958-ci il
Dil ərəb dili və kürd dili
Nəşrini dayandırıb 4 may 1959-ci il
Qiymət 70 filis
Şəhər Kərkük , Bağdad
Ölkə İraq

Məlumat[redaktə | mənbəni redaktə et]

Şəfəq qəzetinin ilk səhifəsində "On beş gündə bir çıxan ədəbi, elmi, ictimai ərəb və kürd dillərində dərgidir… Hələlik ayda bir dəfə çap edilir" ifadəsinin olduğu dərginin sahibi Süleymaniyyəli istefada olan polkovnik-leytenant Abdulqadir Bərzənci, maliyyə işləri müdirü Süleymaniyyəli Əli Bapir idi. Dərginin redaksiyası sahibinin qaldığı Umeyra otelində bir otaqda idi. İlk sayı 1958-ci il yanvarın 15-də çap edilmiş dərgi Kərkükdə "Şimal" mətbəəsində çap edilirdi. Nüsxəsi 70 filisə satılan "Şəfəq"in illik abunəsi bir dinar idi.

Dərginin ilk sayındə mətbu orqanın məqsədini bildirən baş məqalədə kürd və ərəb xalqlarının fikirlərinin yaxınlaşdırılması, bunu yerli türkmanların anlayış göstərərək dəstəkləmələri bildirilirdi. Dərgi sanki başqa şəhərdə çap edilirmiş kimi, Kərkük toplumunun mədəniyyəti və ədəbiyyatından bəhs etmirdi. Buna görə də rəğbət görməyib boykot edilən "Şəfəq"in ikinci il həcmi kiçildilib və "Beh yan", yəni, "Bəyan" adı ilə ancaq kürd dilində çap edilməyə başlanıb. 1959-cu il may ayında dərginin 4-cü sayındən sonra onu izləmək mümkün olmayıb.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 52. ISBN 978-9952-516-66-1..