Şəhidlər Muzeyi — Naxçıvan şəhərində yaradılan muzey
1990-ci ildə Azərbycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək üçün yaradılmışdır.Muzey Naxçıvan – Şərur yolunun kənarında, uca təpə üzərində tikilmişdir. Qarşısında rəmzi Ana heykəli ucaldılmışdır. Muzey dairəvi formalı olub, 400 m2 sahəni əhatə edir. Burada şəhidlərin fotoşəkilli, şəxsi sənədləri, döyüş yollarına aid materiallar və s. toplanmışdır.