Şəhla İbrahim qızı İbrahimova (d. 2 noyabr 1961, Bakı) — professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti (2005).
Şəhla İbrahimova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | musiqi |
Elmi adı | professor |
Təhsili | |
Mükafatları |
Şəhla İbrahimova 2 noyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır.[1]
Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" və "Simli alətlər" kafedrasında işləyir. Hazırda "Simli alətlər" kafedrasının müdiri və professorudur.[1]
Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, "Orkestr repertuarı" adlı proqramın, "Skripka üçün orkestr çətinlikləri" adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir.[1]