Şəhla Gündüz

Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq""Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim.

Şəhla Gündüz

1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq

Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru

Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir.

1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD""PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur. Bu teatrlarının şagird truppalarının səhnə geyimlərini də Şəhla Gündüz öz şəxsi hesabına özü tikir.

"TAR" , XARIBÜLBÜL", "SAVAB", "XALQ DÜŞMƏNİNİN BACISI" və s.i. məktəb tamaşalarınında rejissoru,rəssamı və dərzisi Şəhla Gündüz özüdür.

Şəhla Gündüzün öz səsində üç musiqili şeirlər diski işıq üzü görmüşdür.

Hal-hazırda Uşaq Gənclər İnkişaf Mərkəzində işləyən Şəhla Gündüz yaradıcılığını davam etdirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]