Şəkər tozu

Şəkər tozu (həmçinin kristalik şəkər,[1] təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur.

Şəkər tozu
Stəkan dolu şəkər tozu

Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduruşəkər qamışıdır.

Şəkər tozunun əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Kristal ölçüsü - 0,2-2,5 mm
  • Kristal rəngi: ağ, sarımtıl rəngli ağ
  • Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından)
  • Nəmin kütlə payı - 0,14-0,15%

Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur.

Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu.[2] Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb. Ərəb ölkələrinə ilk dəfə şəkər tozu Hindistandan, Avropaya isə ilk dəfə ərəb ölkələrindən şəkər tozunun daşındığı ehtimalı var.[3] Orta əsrlərdə artıq Avropa şəkər tozu ilə tam tanış idi. Bu məhsul keçmiş Çar Rusiyası ərazisinə, o cümlədən Qafqaza təxminən 150 il əvvəl Avropadan gətirilib.[4] O zamanlar şəkər tozu üçün külli miqdarda pul xərcləyərək ancaq apteklərdən əldə etmək mümkün idi.

Şəkər tozunun istifadə olunması ətrafında son onilliklər ərzində geniş mübahisələr gedir. Bir qrup alim şəkər tozu tərkibli məhsulların istifadəsini orqanizm üçün əsas enerji mənbəyi hesab edirsə, digər qrup isə bunun tamamilə əksini düşünür və şəkər tozundan tamamilə imtina edib qlukoza və saxarozaya olan ehtiyacı müxtəlif təzə və quru meyvələrdən almaq lazım olduğunu düşünürlər.[5] Sutka ərzində qəbul edilən əksər qida məhsullarının tərkibində şəkər tozunun olduğunu nəzərə aldıqda müasir insanın gündəlik şəkər qəbulu 20 çay qaşığını keçir və bunun orqanizm üçün olduqca zərərli olduğunu bütün qrup həkimlər qəbul edirlər. Ona görə orta miqdarda kişilər üçün 5, qadınlar üçün isə 3 çay qaşığından artıq gündəlik şəkər tozundan istifadə etmək məsləhət görülmür.[6]

  1. "ГОСТ 33222-2015 Сахар белый. Технические условия". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  2. "История сахара, сладкая и горькая: откуда взялась привычная нам сладость и как она изменила мир". Правила жизни (rus). 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  3. "Тысячелетняя история сахара". Белорусский продовольственный торгово-промышленный портал (rus). 2018-07-23. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  4. "Сахар: польза и вред. Что будет, если есть сахар каждый день, и где его купить". sport-express.ru (rus). 2022-03-20. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  5. "Сахар. Польза и вред". gkb64.ru. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  6. "Вред сладкого для организма. Почему от сахара толстеют? - статья на МЦ «ЛОТОС»". Медицинский центр ЛОТОС (rus). 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.