Şəkərdərə Qızıl Yatağı

Doldurulmamış göstərici "Ölkə"

Şəkərdərə Qızıl YatağıOrdubad rayonunda qızıl yatağı

Ordubad rayonu ərazisində, Ordubad şəhərindən 30 km, Kələki kəndindən 6 km şimal-qərb, dəniz səviyyəsindən 1500–2000 m hündündədir. Geoloji quruluşunda Orta Eosenin vulkanogen süxurları, həmçinin diorit-porfirit, diabaz daykaları iştirak edir. Mis-qızıl filizləşməsi damarı, damar zonaları və misli-qızıllı ştokverk tipli metasomatitlərdən ibarətdir. Filizli damar və damar zonaları 300–3300 şimaal-qərbdə pozulmalarilə əlaqədardır. Filizli damarlarda qızıl 1,4 q/t, mis 1,9%, qızıllı metasomatitlərdə isə qızıl 1,0 q/t, mis 0,24% -dir. Əsas filiz mineralları: pirit, xalkopirit, sfalerit. Misin törəmə mineralları, sərbəst qızıl. Tekstur əlamətlərinə görə filizlər brekçiya və konsentrik zona tiplidir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 539. ISBN 5-8066-1468-9.