Şəki İrs Reyestrinə daxil edilmiş obyektlərin siyahısı

Şəki İrs Reyestrinə daxil edilmiş obyektlərin siyahısı — Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərarın Azərbaycanda tətbiqi.

Şəki İrs Reyestrinə daxil edilmiş obyektlərin siyahısı
Şəki şəhərinin tarixi mərkəzinin ümumi görünüşü
Şəki şəhərinin tarixi mərkəzinin ümumi görünüşü
Şəhər Şəki
Əsas tarixlər 2017-2018
Sahəsi Şəki Xan sarayı və Şəki şəhərinin qədim hissəsi
Rəsmi sayt sheki.heritage.org.az

2017-ci il iyul ayının 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ olub. Üzv dövlətlərin dəstək çıxışlarından sonra Azərbaycan nümayəndə heyəti söz alıb. Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.[1][2]

Şəki İrs Reyestrinə daxil edilmiş obyektlər

[redaktə | mənbəni redaktə et]

Mədəni irs növü

[redaktə | mənbəni redaktə et]
  • Maddi-mədəni
  • Qeyri-maddi mədəni
  • Mədəni-təbii

Maddi-mədəni Qeyri-maddi mədəni: Mədəni-təbii
Çar Rusiyasının əsgərləri üçün tikilmiş məbəd Kirəmitlə örtülmüş çardaq və ondan müxtəlif məqsədlərlə istifadə edilməsi Fıstıq ağacları
Alban kilsəsi Piti yeməyi Sarağan ağacları
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun evi - Xatirə muzeyi Göyərçin saxlama Şəkidəki cökə ağacları
Nağıyev Ülfət Arif oğlunun evi (İpək manufakturası) Çövkən oyunu Palıd ağacları
Fəhlə-gənclər məktəbi Təkəlduz Çinar ağacları
Endokrinoloji xəstəxana Tənəkəçi sənəti Xan yaylağı
Göz xəstəxanasının binası Şəbəkə Su çıxan yerlər – Qaynama nöqtələri
Nalbənd Paşanın yaşayış evi Suvenirlər Mustafabəy meşəsi
İpək manufakturası Sandıqçı dükanı Yellicə
Ağayev Hikmətin yaşayış evi Rəssam Calğalıq
Hacı Məmmədhəsənin yaşayış evi Papaqçı Şəki mağaraları
Şamçıyev Heydərin yaşayış evi Misgərlik dükanı Öskürək piri
Hacı Ələkbərin yaşayış evi Musiqi alətləri Malyatan talası
Məmmədsadıq Əliyevin yaşayış evi Qalayçı Bulaqlıq ərazisi
Məmmədov Abdulkərimin yaşayış evi Kələğayı Güllütəpə adlanan tala ərazisi
2 saylı uşaq bağçası Xovlu tikmə Şabalıd meşəliyi
Şəki profilaktik dezinfeksiya şöbəsi Xalçaçılıq
Ticarət dükanları (6 ədəd) Halvaçı
Altı dükan, üstü yaşayış evi Dulusçuluq
Ticarət dükanı (5 dükan) (Şəxsi mülkiyyət) Çarxçı sənəti
Altı dükan, üstü yaşayış evi, №1 Məmmədov Şöyübün kustar dulusçu emalatxanası
Əbdürrəhimov Namiqin yaşayış evi
Molla Pənah Vaqif adına 7 nömrəli kitabxana
General-mayor Həmidov Məmmədşərifin yaşadığı ev
Hacıyev Ziya Həmid oğlunun yaşayış evi (Hacı Qafar bəy tikdirib)
Çopur Rəcəbalının yaşayış evi (Həbibullahzadə Nurəddin yaşayır)
Nağıyev Məmmədiyyənin yaşayış evi
İranlıların yaşayış evi (köhnə kələğayı sexi)
Salmanov Nütvəli İslam oğlunun yaşayış evi
Daşdəmirov Mustafa Abdurahman oğlunun yaşayış evi
Beydulla müəllimin yaşayış evi
Su dəyirmanı
Əhmədov Cabbarın yaşayış evi
11 saylı uşaq bağçası
Məmməd Kərimin corab arteli
Rəsulov Həsən Əfəndinin oğlunun yaşayış evi
Həmid ağanın yaşayış evi
Kazım həkimin yaşayış evi
Süleymanov Əliabbasın yaşayış evi
Güllü qarı məscidi
Hacı Çavuş Mirbaba Seyid oğlunun yaşayış evi
Hüseynov İsmayılın yaşayış evi
Cəlil Xəlilovun və Axund Fərəcullanın yaşayış evi
Ağabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi)
Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)
Məmmədqasım kişinin yaşayış evi
Hacı Məmmədin mülkü
Məşədi Salmanın yaşayış evi
Cəbrayılov Əyyubun yaşayış evi
Şirniyyatçı Ələkbərin yaşayış evi
Ağaşirinlərin yaşayış evi
Ticarət dükanı - 5 ədəd (kəlağayı arteli olub)
Ticarət dükanı
Ticarət dükanı (3 ədəd)
Poliklinikanın müalicə şöbəsi (əvvəllər yaşayış evi olub)
Uşaq poliklinikası (əvvəllər yaşayış evi olub)
Ticarət dükanı-anbar
Ticarət dükanı
4 №li məktəb yerləşən bina
Seyid Bağırın yaşayış evi
Cızbız dükanı
Üç ticarət dükanı (kələğayı toxunub)
Birmərtəbəli dükan
İkimərtəbəli dükan, üstü yaşayış evi
İkimərtəbəli ev- üst mərtəbəsi yaşayış evi, alt mərtəbəsində iki dükan
İkimərtəbəli ev - üstü yaşayış evi, altı dükan
Dadlıların çayxanası
Axsaq Yusifin ticarət sırası, dükan № 5, 6
Axsaq Yusifin ticarət sırası, dükan № 3, 4
Axsaq Yusifin ticarət sırası, anbar № 2
Axsaq Yusifin ticarət sırası, dükan № 1
Süleymanov Rəhimin yaşayış evi
5 saylı uşaq bağçası
Varlı tacir mülkü, hazırda Dəri-Zöhrəvi Xəstəliklər Dispanseri
Surxayev Tahir, Abdurahmanov Qurbanın yaşayış evi
Kərimova Nərgizin yaşayış evi
Hacı Əbdülhəlimov İsmayılın yaşayış evi
Məşədi Xəlilov Kamran Xəlil oğlunun yaşayış evi
Hacı İsmayılın yaşayış evi
Qəssab Hüseynin mülkü
Hacı Qədirin, Hacı Məmmədin yaşayış evi (18 saylı uşaq bağçası)
Dərzi Məhəbbətin yaşayış evi
Tacir Əhmədin yaşayış evi
Məşədi Həsənin yaşayış evi
Hacı bəyin yaşayış evi
Hacı Yusifin yaşayış evi
Abdurahmanov Cəfərin yaşayış evi (düyüçü )
Hacı Yusifin yaşayış evi
Murad müəllimin babasının yaşayış evi
Əfəndizadə Abdulla bəyin yaşayış evi
Kərpic zavodunun qülləsi
Cabbarov Müzəffərin yaşayış evi
Çopurların yaşayış evi
Çörəkçi Hüseynov Bəşirin yaşayış evi
Hacı Qafarların yaşayış evi
Ağamirzəyev Xəlil Cəlil oğlunun yaşayış evi
Nəsirova Gülnazın yaşayış evi
Məmmədov Qəmbərin yaşayış evi
Mülayim Qəmzə qızının yaşayış evi
Hacı Rzaqulunun yaşayış evi
Tacir İsanın yaşayış evi
Hacı Zeynalabdinin yaşayış evi
Tacir Məmmədəlinin yaşayış evi
Tacir Məmmədəlinin ikinci yaşayış evi
Müharibə əlili Nuru müəllimin yaşayış evi
Şirinovların yaşayış evi
Səmədovların yaşayış evi
Uşaq xəstəxanasının binası
3№li fabrikin binası
Sahibkar Abbasqulunun yaşayış evi
Hacı Süleymanın yaşayış evi
Hacı Qafar bəyin yaşayış evi
Hacı Məmməd ağanın yaşayış evi
Hacı Arif müəllimin yaşayış evi
Hacı Xəlilovların yaşayış evi
Qasımbəyin yaşayış evi
Hacı Musa ağanın yaşayış evi
Rəsulovların yaşayış evi
Zülfüqarovun tikdirdiyi mollaxana
Hacı Bəşirin yaşayış evi
Məmmədsadıq Əliyevin ticarət kontoru / Şəki Pedaqoji Kollecinin III korpusu
Çingiz Mustafayev adına klub
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Təcridxana binası
Təcridxana binası (Sənətkarlar evi)
Keçmiş kazarma binalarının paltar yuyulan yeri (Şəbəkə sexi)
Keçmiş kazarma binası (Dövlət Rəsm Qalereyası)
Yapon Yaqubun yaşayış evi
Sabit Rəhmanın ev-muzeyi
2 №li məktəbin binası
Əliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)
Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası)
İmam Əli məscidi və minarəsi
Rəşid bəy Əfəndiyevin ev-muzeyi
Mirzə Fətəli Axundzadənin ev-muzeyi
Tağlı körpülər
Minarə
Dərə hamamı
Gödək minarəli məscid
Ömər Əfəndi məscidi
Cümə məscidi
Abdulsalam hamamı (Yeraltı hamam)
Fərhadbəyovların yaşayış evi
Əlicanbəyovların yaşayış evi
1 №li fabrikin filialı
Köhnə su kəməri
Xan bağı
Ağvanlar hamamı
Aşağı Karvansaray
Yuxarı Karvansaray
Şəkixanovların evi
Qala divarları
Xan məscidi və Xan qəbiristanlığı
Gileyli məscidinin minarəsi
Dairəvi məbəd
Xan sarayı

Qeyd: Cədvəldəki obyektlərlə bağlı Şəki İrs Reyestri İnternet Portalından ünvan, fotoşəkil və əlavə xüsusi qeydləri əldə edə bilərsiniz.

Mədəni İrs Marşrutları Təbii İrs Marşrutları
Çinar marşrutu Şərq Çinarı yolu
Cökə marşrutu Tut-ipək yolu
Palıd marşrutu Cökə yolu
Sarağan marşrutu Sarağan yolu
Tut marşrutu Palıd yolu

Qeyd: Cədvəldəki marşrutlarla bağlı Şəki İrs Reyestri İnternet Portalından ünvan, fotoşəkil və əlavə xüsusi qeydləri əldə edə bilərsiniz.

Şəki İrs Reyestri İnternet Portalı

[redaktə | mənbəni redaktə et]

"Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2018-ci il Sərəncamının birinci bəndinin icrası üçün yaradılmış bu internet portalı "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin edir. Bu məlumat bazası "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı görüləcək işlər üçün mənbə və istinaq nöqtəsi rolunu oynayacaq. Bu məlumat bazası Şəkinin maddi və qeyri-maddi mədəni irs nümunələri ilə yanaşı onun təbii irsi hesab edilən ünsürləri (ağacları və təbii landşaft yerlərini) də qeydiyyata almışdır.[3]

Şəki haqqında

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi kökləri eradan əvvəl VI əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanır.

1743-cü ildə müstəqil Şəki xanlığının yaranması ilə şəhərin inkişafı üçün yeni tarixi imkanlar yaranmışdı, lakin düzən ərazidə yerləşən Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağıldı. Bu hadisədən sonra sakinlər bir qədər yuxarıda, dağlıq ərazidə yerləşən Nuxa kəndinə köçərək indiki şəhərin əsasını qoydular.

Həmin tarixdən etibarən Şəkidə dörd fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşıb:

1. Xanlıq dövründən qalan şəhərsalma-memarlıq üslubu: 1772-ci ildə Nuxa şəhəri Şəki xanlığının yeni siyasi mərkəzinə çevrilir, burada tacirlər məskunlaşır, ənənəvi sənətkarlıq və ipəkçilik inkişaf edir

2. Çar Rusiyası dövrü: çarlıq dövrü şəhərin orta əsr Azərbaycan memarlıq üslubuna yeni rus və Avropa elementlərini əlavə edir.

3. Sovet dövrü: şəhərdə yeni inzibati binalar inşa edilir

4. 1991-ci ildən başlayaraq müstəqillik dövrü: yeni ictimai binalar və özəl tikililər, həmçinin mehmanxanalar inşa edilir.

Bütün bu fərqli təsirlərə baxmayaraq, ərazinin təbii məhdudiyyətləri – üç tərəfdən dağlarla əhatə olunması səbəbindən Şəkinin tarixi ərazisi öz ilkin şəhər quruluşunu mühafizə edib. Vizual tamlığını qoruyub saxlamış dağ vadisi fonunda şəhər peyzajında hələ də ənənəvi tarixi binalar üstünlük təşkil edir.[3]

"Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu"

[redaktə | mənbəni redaktə et]

Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini qorumaq məqsədilə Azərbaycan sovet hakimiyyəti tərəfindən təsis edilib. Qoruğun təsdiq edilmiş inzibati sərhədləri daxilində ümumi sahəsi 283 hektar təşkil edir. Şəki şəhərinin ümumi əhalisinin 20%-i (13500 nəfər) qoruq ərazisində məskunlaşıb. Bunun nəticəsində qoruq ərazisi sıx məskunlaşmış şəhər yeri səciyyəsi daşıyır (hər kvadrat kilometrə 482 nəfər).

Qoruq ərazisində dövlət əhəmiyyətli 9 tarixi-memarlıq, 1 arxeoloji və 1 park-monumental abidə, yerli əhəmiyyətli isə 15 tarixi-memarlıq abidəsi var. Bununla yanaşı, qoruq idarəsi daha yüzlərlə binanı (yaşayış evləri, fabriklər, sənətkarlıq dükanları və s.) tarixi-memarlıq abidələrinin siyahısına əlavə etməyi təklif edir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu gözəl təbiəti və bitki örtüyünə malik dağlıq ərazidə yerləşir. Öz səciyyəvi hündür damları, geniş eyvanları və bağları ilə gözoxşayan ənənəvi Şəki evləri əzəmətli dağ yamaclarının fonunda tarixi şəhər landşaftının ardıcıl və xarakterik vizual bütövlüyünü təşkil edir. Şəkini əhatə edən bu təbii landşaft onun taleyində olduqca əhəmiyyətli rol oynadığından, təxminən 72 km2-lik sahədə qərar tutan bu təbiət ərazisi şəhərinin tarixi irsinin ayrılmaz bir hissəsidir. Şəhərin quruluşu və böyümə qanunauyğunluğu onun iqtisadi həyatı və əlaqəli fəaliyyətlərlə yanaşı, həm də yerləşdiyi ərazinin topoqrafiyasına birbaşa bağlı idi.

Bir sözlə, Şəki şəhərinin tarixi hissəsi, hal-hazırda Yuxarı Baş qoruğu adı altında mühafizə olunan ərazi, XVIII əsrin sonlarından etibarən öz ənənəvi xarakterini qoruyub saxlayan memarlıq ansamblının gözəl nümunəsidir. Burada binaların tikintisində kərpic və çay daşı kimi yerli materiallara, kirəmitlə örtülü hündür maili damlar kimi yerli elementlərə üstünlük verilirdi. Daşqın və leysanlardan sığortalanmaq üçün yanmış kərpiclərin istifadəsi geniş yayılmışdı. XX əsrin əvvəllərinə kimi Şəkinin əsas iqtisadi fəaliyyəti olan ipəkçiliklə bağlı olaraq tut ağacları yetişdirməyə imkan verən böyük bağlar salınırdı.[3][4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Şəki Xan sarayı və şəhərin tarixi hissəsi Ümumdünya İrs Siyahısına salındı". culture.gov.az. 2024-08-30 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il ərzində gördüyü işlər haqqında hesabatı" (PDF). culture.gov.az. 2023-04-13 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 "Şəki İrs Reyestri internet portalı". sheki.heritage.org.az. 2024-08-30 tarixində arxivləşdirilib.
  4. ""Yuxarı Baş" Dövlət Tarix - Memarlıq Qoruğu". 2016-05-28 tarixində arxivləşdirilib.