Şəlalə Hüseynova

Hüseynova Şəlalə Məhərrəm qızı (19 iyul 1975) — Yer elmləri üzrə fəlsəfə doktoru, AMEA Neft və Qaz İnstitutunun elmi katib.

Şəlalə Hüseynova
azərb. Şəlalə Məhərrəm qızı Hüseynova
Doğum tarixi (49 yaş)
Doğum yeri Qazaxıstan Respublikası
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Yer elmləri üzrə fəlsəfə doktoru
Təhsili Bakı Dövlət Universiteti

Şəlalə Hüseynova 19 iyul 1975-ci ildə Qazaxıstan Respublikası nda anadan olmuşdur. 1992-1997-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi, mühəndis-geoloq olaraq bitirmiş, 2003-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2008-ci ildə oranı bitirmişdir. 2008-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunun doktoranturası üzrə təhsil almışdır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müəllif tərəfindən yaradılmış geoloji, geofiziki, termobarik və geokimyəvi elektron məlumat bazası əsasında Bakı arxipelaqı neft və qaz rezervuarlarının 3D və karbohidrogen sistemlərinin 2D modellərinin qurulması və karbohidrogen potensialının qiymətləndirilməsi.

Hövzə modelləşdirilməsinin nəticələri əsasında Bakı arxipelaqında flüid generaqsiya intervalının təyin olunması;

Eosen, oliqosen-miosen və alt pliosen çöküntülərində karbohidrogenlərin genereğasiya ocaqlarının aşkar edilməsi və onların zaman və məkanca təkamülünün analizi; neft-qaz ana süxurlarının generasiya potensialının realizə dərəcəsinin qiymətləndirilməsi.

3D struktur, litofasial və petrofiziki modelləşdirilməsi əsasında Bakı arxipelaqında Məhsuldar Qatın kollektor süxurlarının xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının aşkar olunması.

2D və 3D hövzə modelləşdirilməsi əsasında Bakı arxipelaqının dərinə gömülmüş çöküntülərinin neft-qazlılıq perspektivlərinin qiymətləndirilməsi və perspektivlik dərəcəsinə görə zonalara ayrılması.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ş.Hüseynova 2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi Ümumi və tarixi geologiya kafedrasında saat hesabı qaydada müəllim, 2014-2016-ci illərdə Bakı Ali Neft Məktəbinin Neft və qaz mühəndisliyi kafedrasında müqavilə əsasında müəllim, 2017-ci ildən ADNSU-nun Neft-qaz geologiyası kafedrasında əvəzçi müəllim və AMEA Neft və Qaz İnstitutunun magistraturası vəzifələrində çalışmışdır.

Ş.Hüseynova Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə “Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edərək Yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

38-dən çox elmi əsərinin, 20- dən çox xaricdə çıxmış elmi əsərlərinin müəllifi olan Ş.Hüseynova Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

2017 – EcoWorld Beynəlxalq Ekoloji Mükafat

2019 – AMEA-nın Yer elmləri Bölməsinin Fəxri fərmanı

Ş.Hüseynova bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Azərbaycan Neftçi Geoloqlar cəmiyyətinin (ASPG), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]

1. Miri-zade S.A., Movsumova U.A., Huseynova Sh.M. 3D geological model of the Baku Archipelago, Azerbaijan / AAPG European Region Annual Conference “Exploration in the Black Sea and Caspian Regions”. Kiev, Ukraine, October 17-19, 2010 2. Mirizade S.A., Movsumova U.A., Huseynova S.M. The 3D Petrophysical Model of the onshore-to-offshore zone of the western flank of the South Caspian Basin / 73rd EAGE Conference & Exhibition incorporating SPE EUROPEC 2011. Vienna, Austria, 23-26 May 2011

3. Mirizade S.A., Huseynova Sh.M., Movsumova U.M. Investigation of the reservoir properties variation of productive series within the transition zone of the western flank of the south Caspian basin (Application of 3D modeling) // Azerbaijan geologist , 2013, №17, pp. 42-48

4. Huseynova Sh.M. Features of HC generation and migration in the northern part of Baku Archipelago (South Caspian Basin) based on the results of basin modeling / AAPG European Region International Conference “Exploration in the Black Sea and Caspian Regions. Tbilisi, Georgia, 26-27 September 2013, p. 23

5. Гусейнова Ш.М. Трехмерная литофациальная модель северной части Бакинского архипелага // Azərbaycan Neft Təsərrüfatı, 2013, №5, с. 66-72

6. Гусейнова Ш.М. 3D геологическое моделирование в GOCAD (на примере месторождений Бакинского Архипелага) // Azərbaycanda Geofizika Yenilikləri, 2013, №3, с. 32-38

7. Гусейнова Ш.М. О геологических особенностях и перспективах нефтегазоносности месторождения 8 Марта. Bakı Universitetinin xəbərləri, 2014, №2, s. 123-132

8. Huseynov D.A., Huseynova Sh.M. HC Generation and Migration at the western flank of South Caspian Basin - results of basin modeling / 76th EAGE Conference & Exhibition 2014. Amsterdam RAI, The Netherlands, 16-19 June 2014

9. Гусейнов Д.А., Мири-заде С.А., Гусейнова Ш.М. Особенности распространения и свойства коллекторов нефти и газа северо-западного борта Южно-Каспийского бассейна // Геология нефти и газа, 2015, №2, с. 55-66

10. Гусейнова Ш.М. Моделирование геотермических условий Бакинского архипелага. Azərbaycan geoloqu, 2015, №19, s. 29-37

11. S.M.Huseynova, G.A.Huseynova. Hydrocarbon potential of the western flank of the South Caspian Basin. 79th EAGE Conference & Exhibition 2017, Paris, France, 12-15 June 2017

12. Sh.M.Huseynova Geochemical characteristics and hydrocarbon potential of the deep deposits in the western flank of the South Caspian basin. Azerbaijan Geologist, 2017, №21, pp. 116-121

13. Тагиева Е.Н., Байрамова Ш.Ш., Гусейнова Ш.М., Мамедова П.Ш. Применениe палинологического анализа для исследования миграции нефти в Южно-Каспийском бассейне (на примере месторождения Бинагады). Azərbaycan geoloqu, 2018, №22, s. 113-120

14. Malahat Afandiyeva, Ibrahim Guliyev, Shalala Huseynova, Ulvi Vahabov. Biostratigraphy, Sedimentology and Paleogeography of the Miocene-Oligocene section, South-Eastern Edge of the Greater Caucasus. European Geosciences Union (EGU) General Assembly, 7-12 April, 2019, Vienna, Austria. Vol. 21, EGU2019-13122, 2019

15. S.M.Huseynova. Hydrocarbon source rocks within the western flank of the South Caspian basin (Azerbaijan): geochemical study and petroleum system modeling. In book: Advances in Petroleum Engineering and Petroleum Geochemistry (Proceedings of the 1st Springer Conference of the Arabian Journal of Geosciences, Tunisia 2018). Editors: Banerjee, Santanu, Barati, Reza, Patil, Shirish (Eds.). Springer, 2019

16. Shalala Huseynova, Malahat Afandiyeva. Geochemical study and modeling of petroleum systems within the western flank of the South Caspian basin. 81st EAGE Conference & Exhibition 2019, London, UK, 3-6 June 2019

17. N.R.Abdullayev, Sh.M.Huseynova. Distribution and volume of sedimentary rocks in World’s basins - unusual case of the South Caspian Basin. AAPG GTW: Exploration and Production in the Black Sea, Caucasus, and Caspian Region,18-19 September 2019, Batumi, Georgia, P. 76