Şəlalə Məmmədova

Şəlalə Ağakərim qızı Məmmədova (19 iyun 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri,[1][2][3][4] "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası"[5] (2008).

Şəlalə Məmmədova
Doğum tarixi 19 iyun 1952(1952-06-19) (72 yaş)
Doğum yeri
Təhsili

Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur.

1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib.

Ailəlidir, 1 övladı var.

  • 1969–1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri.
  • 1970–1971 M. F. Axundov adına Respublikası kitabxanasında kitabxanaçı.
  • 1972–1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə.
  • 1977–1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmişdir.
  • 1982–2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur.
  • 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
  • 2005 Məhkəmə-Hüquq Şurasının üzvüdür.
  • 2006-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri.
  • 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri vəzifəsində çalışır.
  • 1986-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
  • 2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.
  • 2013-cü ilin 19 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur[6].
  1. "Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az.
  2. "Ş. A. Məmmədovanın Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri təyin edilməsi haqqında". e-qanun.az.
  3. "Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova". Supremecourt.gov.az.
  4. "Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında" sərəncam imzalayıb". Report.az.
  5. ""Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilsin: Məmmədova Şəlalə Ağakərim qızı". Azertag.az.
  6. "Ş.A.Məmmədovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az.